Polis damda qarın olmamasından şübhələndi




Hollandiya polisi, Haarlem şəhərində maraqlı bir narkotik əməliyyatına imza atıb.
Ətrafdakı binaların damında qar varkən, bir binanın damında qarın olmaması polisin diqqətini çəkib. Hind kenevirinin isti havaya və işığa ehtiyac duyduğunu bilən təcrübəli polislər evə basqın təşkil edib. Təxminlərində yanılmayan polislər evdə qeyri-qanuni şəkildə hind keneviri yetişdirildiyini görüblər. 

Hollandiya polisi daha sonra bu evin fotosunu bir paylaşma saytında yayaraq, bu qeydləri ediblər: "Əgər qonşunuzun damında qar yoxsa və qonşunuzun hind keneviri yetişdirdiyini düşünürsünüzsə, bizə anonim xəbər verin”. Polisin bu paylaşması ictimai mediada böyük əks-səda yaradıb. "Ya damda sauna varsa?”, "Mənim qonşumun damında qar yox, bura zatən qar yağmadı” kimi zarafatlar ediblər. İşıqda böyüyən kenevir bitkisini yetişdirmək üçün xeyli işıq qaynağı lazımdır. Bu işıq qaynaqlarının yaratdığı istilərin damdakı qarı əritdiyi təxmin edilir.