Portretdəki kölgə Monikanın!








ABŞ-ın keçmiş dövlət başçılarından Bill Klintonun Milli Portret Qalereyasında olan boy portretinin rəssamı Nelson Shanksdan şok edici bir etiraf gəldi. Shanks, 2006-cı ildə  tamamladığı portretdə, Ağ Evdə stajyor  olduğu dövrdə, adı Klintonla seks qalmaqalında hallanan  Monika Levinskylə əlaqədar gizli istinad olduğunu açıqladı.
 Shanks, "Ən çox kimi təsvir edərkən çətinlik çəkməyə məcbur edildiniz" sualına, "Klinton çox çətin idi. Gerçək budur ki, Klinton bütün zamanların ən yaxşı yalançısıdır. O və rəhbərliyi yaxşı icraatlarda olur, amma Monika hadisəsini ağılımdan heç çıxara bilməmişdim" cavabını verdi. Rəssam, cədvəldə Klintonun tam sağ çiyininin yanına düşən kölgənin, Levinsky ilə əlaqələrinin simvolu halına gələn mavi paltara göndərmə etdiyini ifadə edərək, "O kölgə həqiqətən də Klinton otaqda deyilkən istifadə etdiyim manikenin üzərindəki mavi paltara aiddir. Eyni zamanda da məlum mavi paltarın Klintonun ofisi və üzərindəki kölgəsini də təmsil edir" dedi. Klintonların portreti heç sevmədiyini izah edən Shanks, Qalereyaya portretin yayılması üçün təzyiq etdiklərini, ancaq bunun rədd edildiyini qarşıya qoydu. Portretdə, Klintonun nişan  üzüyünün görünməməsi də diqqət çəkir.