Prezident açıqladı - Məscidlərə hücum edən terrorçu 43 gün İstanbulda olub

Ərdoğan: “Terrorçunun Türkiyə bağları ortaya çıxarılacaq”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Təkirdağda vətəndaşlarla görüşündə çıxış edərkən, Yeni Zelandiyada baş verən terror hadisəsi ilə bağlı da danışıb.
Sherg.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, prezident "49 insan... Bu bir qətliamdır, bunun hesabı soruşulmalıdır. Əks halda, bu gediş yaxşı gediş deyil. Sabah bunun acısını Yeni Zelandiya da ödəyəcək” – deyə bildirib.
Terrorçunun qətliamı həyata keçirdiyi silahların üzərini türk və müsəlmanlara düşmən olanların adları ilə bəzədildiyinə diqqət çəkən Ərdoğan terrorçunun bir müddət əvvəl Türkiyəyə gəldiyini də xatırladıb:
"İstanbula gəlib 3 gün bir qalıb, 40 gün də bir qalıb. Bunun bağlantıları Türkiyədə kimlərlə varsa ortaya çıxaracağıq”.
Bununla yanaşı Türkiyə lideri, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Klıcdaroğlunun terrorla bağlı ifadələrinə də sərt cavab verib:
O Kılıcdaroğlunu nəzərdə tutaraq, "tərbiyəsizə baxın, islam dünyasından qaynaqlanan terror deyir. Ay adam, sənin o avstraliyalı senatordan nə fərqin qaldı indi?!”.
Ərdoğan qeyd edib ki, Yeni Zelandiyadakı terror müsəlmanlara və türklərə verilən ilk mesaj deyil:
"Xatırlayarsınız, Gəzi parkı hadisələri zamanı İstanbulun küçələrinə "zülüm 1453-də başladı” sloqanları yazılmadımı? Başlarında Kamal bəyin (Kılıcdaroğlunu nəzərdə tutur - red) olduğu bu etirazçılar "zülüm 1453-də başladı” deyəndə nəyi nəzərdə tuturdular? Yəni İstanbulun feth edilməsi Kamal bəyə və onun sevənlərinə qarşı bir zülm imiş”.
Ərdoğan qeyd edib ki, Yeni Zelandiyada 49 müsəlman şəhid olub:
"Amma bu nə ilkdir nə sondur. Rəbbimiz buyurur ki, Allah yolunda öldürülənlərə ölü deməyin, onlar diridirler. Onların bütün ruzisi, hər şeyi Allaha aiddir”.
Qeyd edək ki, martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərində Əl-Nur və Linvud məscidlərinə terror hücumu edilib. Silahlı hücum nəticəsində 49 nəfər ölüb, daha 48 nəfər xəsarət alıb. Terroru Şotlandiya əsilli, Avstriya vətəndaşı, hazırda polis nəzarəti altında saxlanılan Brenton Tarrant adlı şəxs törədib. 
Anar