Prezident Mingəçevirdədir




Prezident İlham Əliyev Mingəçevir şəhərinə səfərə gəlib. Lent.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov prezident İlham Əliyevə burada aparılan abadlıq işləri barədə məlumat verib.