Prezident neft siyasətinə dərindən bəlləddir - Ekspert
11:29 17.03.2019
Arxiv
675
Məlum olduğu kimi, Prezident İlham Əliyev 2016-cı ildə Davos İqtisadi Forumunda çıxışı zamanı neft istehsal edən ölkələrin "OPEC plus” formatında iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu format OPEK-in üzvü olan ölkələrlə neft hasil edən, lakin bu qurumda təmsil olunmayan ölkələrin birgə toplantısını və enerji resurslarının hasilatı və ixracı, dünya bazarında neftin qiyməti və digər məsələlərin vahid formatda müzakirəsini nəzərdə tutur.
Həmin dövrdə cənab İlham Əliyev neftin qiymətinin stabilləşdirilməsi və 70 dollar civarında saxlanması təşəbbüsünü də irəli sürmüşdü. Yəni hazırda Bakıda OPEK plus formatının baş tutmasında, habelə dünya bazarında neftin qiymətinin 60-70 dollar çərçivısində qalmasında Prezident İlham Əliyevin böyük xidməti var. Bu da o deməkdir ki, Prezident öz səmərəli təklifləri, irəli sürdüyü təşəbbüsləri ilə dünya enerji bazarında stabilləşməyə və proqnozlaşdırmaya mühüm töhfə verir. Artıq Azərbaycanın və ölkə rəhbərinin siyasi iradəsi dünyada qəbul olunur və dəstəklənir.
Azərbaycanın və dövlət başçısı İlham Əliyevin beynəlxalq mövqeyini "Sherg.az"a dəyərləndirən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmralıyev deyib ki, Prezident İlham Əliyev uzun müddət SOCAR-ın rəhbərlərindən biri, şirkətin vitse-prezidenti olub. Gənc politoloq vurğulayıb ki, Prezident neft siyasətinə dərindən bəlləddir:
"Şirkətdə beynəlxalq məsələlərə məsul olduğu üçün o dövrdə şirkət adına bütün xarici məsələlərin həlli ilə məhz İlham Əliyev məşğul olub. Yəni dövlətimizin başçısı neft siyasətindən kifayət qədər məlumatlı şəxsdir. Belə olan halda dünya dövlətlərinin onun sözü ilə beynəlxaq neft siyasətində mühüm qərarlar qəbul etməsi anlaşılan bir məsələdir. Çünki İlham Əliyev bu işin bilicisidir. Ölkə rəhbəri Azərbaycanın bügünki neft siyasətinin qurucularından biridir. Ancaq nə qədər bilgili olsan belə bu qərarlara təsir etmək, hətta qərarı müəyyən etmək üçün sənin güclü siyasi mövqeyin, gücün olmalıdır. Bu qərar onu göstərir ki, xarici dövlətlər cənab Prezindenti həm neft siyasətinin güclü bilicisi kimi görür və bu məsələlərin həllində ondan kömək istəyirlər, həm də Azərbaycan artıq beynəlxalq qərarların qəbulunda güclü siyasi mövqeyə sahibdir".
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb
18:18 14.10.2026
Gündəm
Tacikistan Prezidenti Azərbaycana səfərə gəldi
18:10 14.10.2026
Rəsmi
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial