Prezident universitet rektoruna “Şöhrət” ordeni verdi




Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə Elxan Bahadur oğlu Hüseynovu "Şöhrət” ordeni ilə təltif edib.

"Sherg.az" AzərTAc-a isitnadən xəbər verir ki, dövlət başçısı Sumqayıt Dövlət Universitetinin rektorunun təltif edilməsi ilə bağlı bu gün sərəncam imzalayıb.