"Prezident İlham Əliyevin Real tv-yə müsahibəsi çoxşaxəli, hərtərəfli mesajlarla dolu idi”.
Bunu "Sherg.az”a açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
M.Ələsgərli bildirib ki, dövlət başçısı nəinki mediaya önəm verdiyini, orada gedən informasiyaları daim oxuduğunu bəyan etdi, həm də əməli fəaliyyətində bunu diqqətə aldığını göstərdi:

"Zaman-zaman Azərbaycan mediasında üzə çıxan, önəm daşıyan informasiyalara uyğun olaraq cənab Prezident hər zaman müəyyən göstərişlər və sərəncamlar verir. Yəni hansı mövzular ki, ictimaiyyəti maraqlandıran qayğılarla bağlı olur, onlar barədə dövlət başçısının reaksiyası gecikmir.
Prezident mövcud problemin arada qaldırılması üçün mühüm tapşırıqlar verir. Bu da onu göstərir ki, ölkə rəhbəri həm mediaya önəm verdiyini vurğulayır, həm də bunu praktiki fəaliyyətində təsdiq edir. Bu, dövlət başçısının ölkə mediasına verdiyi önəmin bir mesajıdır”.
İsmayıl