Prezidentin tələbə təqaüdlərini artırması yeni üfüqlər açacaq
07:20 16.02.2019
Arxiv
751
Azərbaycan gəncliyi öz intellektual potensialını daima səfərbər etməli, milli inkişafımızın gələcəyini təmin etməlidir
Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara münasibət bildirib. Nazir qeyd edib ki, son illərdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahənin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar aparılıb: "Yeni inkişaf trendləri əsas götürülməklə universitetlərin kadr potensialı və maddi-texniki bazası gücləndirilib, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atılıb".
C.Bayramov bildirib ki, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün, qəbul göstəriciləri yuxarı olan gələcəyin müəllimlərinə təqaüdlərin verilməsi, gənclər üçün Prezident mükafatının təsis edilməsi onların daha yaxşı təhsil ala bilməsi, təhsilin əlçatanlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Nazir təqaüd sisteminin təkmilləşdirilməsinin ölkə Prezidentinin təhsilə qayğısının bariz nümunəsi olduğunu, ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Dövlət başçısının ali təhsil tələbələri ilə bağlı verdiyi mühüm Sərəncamı "Şərq”ə dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib ki, Prezidentin imzaladığı Sərəncam Azərbaycan gəncliyinə qayğının növbəti təzahürü kimi qiymətləndirilməlidir:
"Doğrudur, bu, ilk növbədə tələbələrin və elmlə məşğul olmaq istəyən gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması kimi başa düşülür və əlbəttə, kifayət qədər düzgün məntiqə əsaslanır. Ancaq məsələnin mahiyyəti şübhəsiz ki, yalnız bununla məhdudlaşmır. Hazırda dünya yeni, 4-cü sənaye inqilabı ərəfəsindədəir. Xalqların intellektual müstəvidə mübarizəsi keyfiyyətcə yeni və daha amansız bir mərhələyə qədəm qoyur. Gələcəyin inkişaf etmiş və dünyada söz sahibi olan xalqları da elə bu mübarizənin qalibi olan xalqlar olacaq. Ona görə də bu mühüm tarixi prosesdə geridə qalmamaq üçün Azərbaycan gəncliyi öz intellektual potensialını daima səfərbər etməli, milli inkişafımızın gələcəyini təmin etməlidir. Bu mənada təqaüdlərin artırılması ölkəmizdə elmin inkişafını motivasiya etməklə Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaq”.
Deputatın sözlərinə görə, bu prosesdə davamlı və fasiləsiz təhsil mühüm əhəmiyyət kəsb edir:
"Bir müddət əvvəl magistrlərin hərbi xidmətdən azad edilməsi haqqında qanun qəbul edildi. Daha sonra alimlərin mənzil-məişət problemlərinin həlli istiqamətində addımlar atlıdı. Təhsilin bütün pillələrində yeni metodologiyaya əsaslanan islahatlara start verildi və nəhayət, təqaüdlərin artırılmasıyla bağlı mühüm qərar qəbul edildi. Göründüyü kimi bu addımlar biri-birini tamamlayan və bu sahədə ardıcıllığı təmin edən kompleks xarakterli addımlardır və hədəf Azərbaycanda elmin inkişafını təmin etməkdir. Ümid edirik ki, alınan bu strateji qərarlar elm sahəsində inkişafı təmin etməklə həm də intellektual əmək sahəsində məhsuldarlığın da artmasına gətirib çıxaracaq”.
"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, ali məktəb tələbələrinin təqaüdünün artırılması aparılan uğurlu islahatların tərkib hissəsidir. Baş redaktor bildirib ki, Azərbaycan dövlətinin təhsilə verdiyi diqqət hər zaman çox böyük olub:
"Bütün sahələrdə olduğu kimi, təhsilə də xüsusi diqqət yetirilir. Xüsusən ali təhsil ocaqları ilə bağlı mütəmadi olaraq tədbirlər həyata keçirilir. Amma bilavasitə tələbələrin maddi durumunun yaxşılaşması ilə bağlı verilən Sərəncam hər bir Azərbaycan vətəndaşı tərəfindən təqdir edilir və məmnunluqla qarşılanır. Cənab Prezidentə təşəkkür edirik ki, əhalinin mühüm hissəsini təşkil edən tələbələrə xüsusi diqqət yetirir və qayğı göstərir. Bu, həm də Azərbaycan təhsilinə verilmiş çox böyük qiymət və dəyərdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm