Putinin Türkiyəyə səfərindən sonra Avropa planı dəyişdi
20:10 04.02.2015
Arxiv
753
“Qərb dövlətləri Türkiyənin potensial enerji şəbəkəsinə çevrilməsini istəmir”
Türkiyənin enerji sektorunda TANAP və Türk Axını kimi nəhəng layihələrə dəstək verməsi və Rusiya ilə müqavilə imzalaması Avropanı pis vəziyyətə salıb. Rus qazının Türkiyə vasitəsilə bazara çıxarılmasından narahat olan Qərb qaza olan tələbatını təmin etmək üçün alternativ yollar axtarmağa başlayıb. Xilaskar kimi Misiri seçən Avropa şirkətləri Süveyş kanalından gəmilərlə Misirə, oradan da Avropaya nəql olunacaq Səudiyyə Ərəbistan qazını almağa zəmanət verdiklərini açıqlayıblar.
Məsələni şərh edən ekspertlər isə Misirdən nəql olunaraq Avropaya gətiriləcək təbii qaz layihəsinin həm riskli olacağı, həm də baha başa gələcəyi fikrindədirlər.
Bununla bağlı "Şərq”ə danışan neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib ki, Putinin Türkiyəyə səfərindən sonra Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müəyyən dəyişikliklər müşahidə olunub: "Rusiyanın Qara dənizin dibi ilə Avropaya çəkəcəyi Cənub axını layihəsindən imtina etməsi Avropanın qaz nəqli sistemini məcburi dəyişdirib. Bildiyimiz kimi, Avropaya iki ölkədən böyük miqdarda qaz daxil olur ki, bunlardan da biri Ukraynadır. Rusiyanın "Qazprom” şirkətinin Avropaya ixrac etdiyi qazın böyük miqdarı məhz Ukrayna üzərindən gedir. İndi Rusiya öz qazının müəyyən bir hissəsini Türkiyə üzərindən Avropaya yönləndirməyi planlaşdırır. Bu isə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına heç bir problem yaratmır. Çünki Türkiyə etibarlı tərəfdaş və siyasi cəhətdən sadiq dövlətdir. Hesab edirəm ki, Türkiyə ərazisindən qaz kəmərlərinin çəkilməsi Avropa dövlətlərinə sərf edir”. Ekspertin sözlərinə görə, məsələnin problemli tərəfi odur ki, Qərb dövlətləri Türkiyənin potensial enerji şəbəkəsinə çevrilməsini istəmir: "Putinin Türkiyəyə səfərindən sonra yeni qaz axını layihəsi gündəmə gəldi. Həmin layihəyə əsasən kəmərdən nəql edilən qaz 63 milyard kubmetr olacaq. Bunun 13 milyard kubmetri Türkiyənin daxili tələbatının ödənilməsinə, 50 milyard kubmetri isə Avropa dövlətlərinin ehtiyacına sərf olunacaq. Türkiyə-Yunanıstan sərhəddində yaradılan qaz satış mərkəzinə gətirilən qaz son məntəqədən Avropaya yönləndiriləcək”.
Z.Vəliyev Avropanı qazla təmin edən ikinci ən böyük ölkənin İspaniya olduğunu deyib: "Əgər Avropa dövlətləri yaxın gələcəkdə qaza olan tələbatlarını ödəmək istəyirlərsə, şaxələnmiş ixrac və idxal kəmərlərinə üstünlük verməlidirlər. Ərəb ölkələrindən, konkret olaraq Əlcəzairdən gələn qazın böyük bir hissəsi İspaniya ərazisinə çıxarılır. İkinci bir kəmər isə Liviyadan gəlir. Məsələ burasındadır ki, Avropa dövlətləri qazın qiymətinə və keyfiyyətinə ciddi önəm verirlər. Ərəb ölkələrindən gedən kəmərlərin, əsasən də Şimali Afrika ölkələrindən Avropaya yönələn qaz kəmərlərinin məhsuldarlığı çox aşağıdır. Ona görə də Aralıq dənizinin dibi ilə yeni qaz kəmərlərinin çəkilməsinə böyük ehtiyac var. Hələlik Avropa ölkələri daha zəngin qaz qaynağı olan dövlətlərlə danışıqlar aparmağı daha məqbul hesab edirlər”. Ekspertin fikrincə, Misir böyük qaz ehtiyatına malik deyil. Digər ərəb ölkələrinin də Avropanın qaz ehtiyatını ödəmək gücü yoxdur: "Avropanın bir ildə qaza olan tələbatı 468 milyard kubmetrdir. Qərb üçün ən məqbul variant Azərbaycan, Türkmənistan, İran və Rusiya qazıdır. Rusiyanın "Qazprom” şirkəti keçən il Avropaya 189 milyard kubmetr qaz ixrac edib. Ancaq ərəb ölkələrindən nəql edilən ümumi qaz 40 milyard kubmetrdən çox deyil”.
Z.Vəliyev deyib ki, Səudiyyə Ərəbistan neft ölkəsidir, orada qaz yoxdur: "Səudiyyə Ərəbistanı Suriyadakı vəziyyəti öz xeyrinə dəyişmək istəyir. Çalışır ki, Qatardan ixrac olunan qaz Səudiyyə Ərəbistanı üzərindən Avropaya yönəldilsin. Çünki Fars körfəzində iki potensial qaz ixrac edən dövlət var. Biri Qatar, digəri isə isə İrandır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual