“Qadınlar əsgər gedəcək” fikri düzgün anlaşılmayıb
19:18 16.02.2015
Arxiv
624
Ordumuzun əsas heyətini azərbaycanlı oğullar təşkil edəcək
Azərbaycanda qadınlar və əcnəbilər hərbi xidmətə qəbul ediləcək. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.
Onun sözlərinə görə, qadınların və əcnəbilərin Azərbaycan Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə xidmətinə icazə verən "Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın qəbulu günün tələbidir.
A.Rəhimov onu da əlavə edib ki, ölkəmizdə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sırasında ordumuzda xidmət etmək arzusunda olanlar var: "Belə hallar varsa, bunu qanuniləşdirmək lazımdır”.
Addımı dəyərləndirən Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, yeni qanun deyil. Onun qənaətincə, həmin qərar praktikadan irəli gəlib: "Təşəbbüs Azərbaycan qızlarının hərbi xidmətə çağırılması anlamına gəlməli deyil. Belə düşüncəni birmənalı şəkildə inkar edirəm. "Şərq” qəzeti vasitəsilə bir daha da çağırış edirəm ki, söhbət Azərbaycanda xanımların hərbi mükəlləffiyyətli sayılmağından getmir. Burda müddətdən artıq xidmət edən hərbi qulluqçular üçün qanunvericilik normalarının müəyyənləşməsindən bəhs olunur”.
Deputat hesab edir ki, "Azərbaycan ordusu zəifdir deyə, xarici vətəndaşları sıralarına cəlb edir” fikrini yürüdənlər yanılırlar: "Bu, ordumuzun daha geniş planda quruculuğu üçün önəmli olan qanun kimi dəyərləndirilməlidir. Çünki ordumuzun əsas heyətini azərbaycanlı oğullar təşkil edəcək. Bu, birmənalıdır”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm