Çünki inqilab edən xalq səbirsiz, tələbkar və itaətdən uzaq olur
Qamçı siyasətinin sonu yoxdur
09:08 13.03.2019
Arxiv
538
Ermənistanda etirazların yeni dalğası amansız olacaq
Çünki inqilab edən xalq səbirsiz, tələbkar və itaətdən uzaq olur
Çünki inqilab edən xalq səbirsiz, tələbkar və itaətdən uzaq olur
Ermənistanda etirazlar genişlənməkdədir. Məsələ ondadır ki, hər gün gündəmə gələn xalq etirazları, aksiyaları birbaşa və dolayısı yolla hökumət başçısı Nikol Paşinyana yönəlib. Məlumata görə, Ermənistan İslahatçılar Partiyasının sədri Vahan Babayan Nikol Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyasına hazırlaşır. Aksiya mart ayının sonunda "Vədlərinizi yerinə yetirin!" şüarı altında keçiriləcək.
Hazırda aksiyaya hazırlıq işlərinin aparıldığı, tezliklə dəqiq vaxtın açıqlanacağı bildirilib. Bu arada İrəvanda qazlı içki istehsalçılarının nümayəndələri hökumət binası qarşısında aksiya keçiriblər. Onlar Vergilər Məcəlləsində nəzərdə tutulan yeni aksiz vergisinə etiraz ediblər. Etirazçıların fikrincə, yeni vergi ölkədə qazlı içkilərin qiymətinin artımı ilə nəticələnə bilər. Etirazçılar "Hökumət orta biznesi öldürür” kimi şüarların yazıldığı plakatlar qaldırıblar.
Düşmən ölkədə etirazlar təkcə aksiya şəklində deyil, intihar və qətl formasında da gündəmə gəlir. Bir müddət əvvəl Ermənistan vətəndaşı hökumətə etiraz olaraq öz avtomobilini meriya binasının pilləkənində yandırmağa çalışıb. Bundan əvvəl isə ata və oğul Prezident Aparatına daxil olaraq özlərini yandırmaq istəyiblər. Əslində xeyli vədlərlə hakimiyyəti ələ keçirən Paşinyan keçmiş hökumətlərin dövründəki problemləri aradan qaldıracağını vəd etmişdi. Amma görünən odur ki, Paşinyanın hakimiyyəti dövründə əvvəlki problemlər nəinki aradan qalxıb, əksinə, daha da çoxalıb.
Düşmən ölkədə baş verən prosesləri, artan etirazları dəyərləndirən "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli "Şərq”ə açıqlamasında postinqilab ölkələrində həmişə belə halların yaşandığını deyib. Onun sözlərinə görə, inqilab edən xalq səbirsiz, tələbkar və itaətdən uzaq olur:
"Özünə həddən dərəcədə inanan kütlə elə bilir ki, hər an hər kəsi devirib başqasını hakimiyyətə gətirə bilər. Ermənistanda da indi vəziyyət məhz belədir. Düşmən ölkədə artan etirazlar gözlənilən idi. Paşinyan çalışır ki, Qarabağ klanını neytrallaşdırsın. Bunun üçün oğlunu Qarabağa göndərdi hərbi xidmətə. Tez-tez işğal edilmiş torpaqlarımıza səfərlər edir. Ermənistan Təhlükəsizlik Şurasının iclası Xankəndində keçirilir. Paralel olaraq da başda Koçaryan olmaqla Qarabağ müharibəsinin "qəhrəmanlarını" həbs edir.
Qamçı və pryanik siyasəti. Xocalı caniləri, qatilləri Koçaryan, Sarkisyandan fərqli olaraq jurnalist Paşinyan Azərbaycana qarşı özünü daha sərhədsiz, hədsiz, tərbiyəsiz aparır. Bəlkə bu onun siyasi eyforiyada olması, siyasi təcrübəsizliyi və yaxud daxili auditoriyaya oynamasından irəli gəlir, fərq etməz. Paşinyan həm daxildə, həm Azərbaycanla siyasətində odla oynayır. Azərbaycan təkcə maraqlı olmamalıdır, həm də çalışmalıdır ki, Ermənistanda müxtəlif qüvvələr, klanlar, qruplaşmalar arasında qarşıdurma pik nöqtəsinə çatsın.
Ermənistanla Rusiya arasında münasibətlər soyuqlaşsın. Bu vəziyyətdən istifadə edib düşmən ölkədə xaosun yaradılmasında təkcə maraqlı deyil, həm də buna töhfə verməliyik. Lakin bunu sakitcə oturub gözləməməliyik, arzulamamalıyıq.
Bu yöndə konkret hərəkətə keçməliyik”. Politoloqun fikrincə, Ermənistanda daxili vəziyyətin tezliklə daha da gərginləşməsində maraqlıyıqsa, bu qarşıdurmanın alovlanması üçün Azərbaycan olaraq dərhal, təcili surətdə Qarabağda hərbi əməliyyata başlayıb Paşinyan hakimiyyətini soyuq-buz duşa salmalıyıq ki, birdəfəlik həm dövlət, həm xalq olaraq ağıllansınlar".
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region
Sarukyan: Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm
18:50 21.05.2026
Cənubi Qafqaz