Qapı koda düşdü, FHN-nin işi çətinləşdi (FOTO)

Ürəyindən ağrı tutan kişi qapı arxasında qaldı
 Bakıda ürəyində problem yaranan kişi bağlı qapı arxasında qaldı. ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Yasamal rayonu Çingiz Mustafayev 90 ünvanında qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım çağrılıb. Xilasedicilər mənzilə pəncərədən girə bilsələr də, qapının açılmasında problem yaranıb. Belə ki, qapıda rəqəmsal sistem olduğu üçün kod aktivləşib. Qısa müddətli cəhdlərdən sonra qapını açmaq mümkün olub.
Həkimlərin sözlərinə görə, Elxan adlı kişiyə dərhal həkimlər müdaxilə ediblər.