Qarabağ qaziləri mehmetciyə qardaş sovqatı aparacaq








Azərbaycan qeyri-hökumət təşkilatları Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi «Zeytun budağı» anti-terror əməliyyatlarına dəstək kampaniyasına başlayıb. 

"Sherg.az" xəbər verir ki, «Qardaşlığımız əbədidir» adlı kampaniya çərçivəsində ilk olaraq Bakıdakı Şəhidlər Xiyabanı və Türk şəhidliyi ziyarət edilib. Kampaniyaya qatılmış 70-ə yaxın QHT nümayəndəsinin iştirakı ilə Gəncliyə Yardım Fondunda «dəyirmi masa» keçirilib. 

Tədbirdə general Məhəmmədhüseyn Sarıyev, Azərbaycanın ilk hərbi diktoru Şəmistan Əlizamanlı, Qarabağ müharibəsi veteranları, Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, hərbi mahnıların mahir bəstəkarı Şahin Musaoğlu, "Qardaşlığımız əbədidir" kampaniyasının təşkilat komitəsinin sədri Emin Həsənli, üzvləri Əkbər Qoşalı, Mübariz Göyüşov, Eldəniz Salmanov, Çingiz Bayramov, İlqar Orucov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış ediblər.

Tədbirdə Türkiyə Silahlı Qüvvələrinin anti-terror əməliyyatlarının əhəmiyyəti, bölgədə sülh və əmin-amanlığın bərqərar olmasının vacibliyi vurğulanıb.

 Həmçinin qərara alınıb ki,qəhrəman mehmetciyə Bakıdan maşın karvanı ilə qardaş sovqatı göndərilsin. Sovqatı mehmetciyə QHT nümayəndələri ilə birgə Qarabağ müharibəsi iştirakçıları - qazilər çatdıracaq.

Məlahət