Qarabağda “Kadırov taktikası” da işə yaramayacaq
20:47 03.02.2015
Arxiv
715
Çünki qarşımızdakı əngəl erməni deyil, Rusiyadır
"Çeçenistanda olduğu kimi, Qarabağda da Kadırovlar tapılmalıdır”. Bunu Milli Məclisin deputatı Zahid Oruc təklif edib. "Azərbaycan Dağlıq Qarabağ məsələsində Rusiyanın Çeçenistan siyasətini təkrar etməlidir” deyən millət vəkili bildirib ki, erməni icmasını öz yanımıza çəkməklə Ermənistanı danışıqlar prosesindən uzaqlaşdıra, bununla da problemin həllinə nail ola bilərik: "Biz ermənilərə başa salmalıyıq ki, onların Azərbaycan vətəndaşı olmaqdan başqa çıxış yolu yoxdur. Əgər Azərbaycanın tərkibində yaşamağa razılıq verərlərsə, ermənilərin təhlükəsizliyi təmin olunacaq və inteqrasiya prosesləri sürətlənəcək”.
Xatırladaq ki, Dağlıq Qarabağın erməni icması ilə bağlı indiyə qədər müxtəlif fikirlər səsləndirilib. Amma məsələ burasındadır ki, ictimaiyyətin Qarabağ ermənilərinə münasibəti heç də həmişə birmənalı olmur. Bir qrup şəxs istisna olmaqla əksəriyyət hesab edir ki, ermənilər müstəqil qərar verməkdən və sərbəst düşünməkdən məhrum edilmiş bir millətdir. Bu səbəbdən də onlarla əməkdaşlıq hər hansı müsbət nəticə verə bilməz.
Z.Orucun təklifinə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, Dağlıq Qarabağ ermənilərinin "O olmasın, bu olsun” filmində deyildiyi kimi iki adaxlısı var. Birinci adaxlı həmin erməni icmasını Qarabağda yerləşdirən və özünü "müstəqil” dövlət zənn edən Ermənistan, ikincisi isə onların arxasında dayanan Rusiyadır: "Münaqişənin sahibi Rusiyadır. Nə qədər ki, Kreml imperiya siyasətinə son verməyib, problemin həlli ilə bağlı təkliflər vermək gülüncdür. Moskva dəfələrlə bəyanat verib ki, Dağlıq Qarabağ nə Ermənistana, nə də Azərbaycana aiddir. Çünki Dağlıq Qarabağın Azərbaycandan qoparılması ermənilər Dağlıq Qarabağa köçürülməmişdən çox-çox qabaq başlayıb. Qarabağ xanlığının satqınlığı nəticəsində ruslar İrəvanı zəbt edərək bu bölgədən Şimali Azərbaycanın digər ərazilərini tutmağa başlayıblar”. S.Cəlaloğlunun sözlərinə görə, biz Ermənistanda Kadırovlar tapsaq belə, Rusiya başlarına min cür oyun açaraq onları zərərsizləşdirəcək: "Bəziləri ancaq problemin zahiri tərəfinə baxıb təkliflər verirlər. O vaxtı da ağızdolusu deyirdilər ki, Qarabağı azad etmək çox asandır, çünki ermənilər bizdən sayca azdır, bizim pulumuz isə onlardan çoxdur və s. Amma Rusiya bəyan edəndə ki, əgər Azərbaycan ermənilərlə açıq müharibəyə başlayarsa, qarşılarında rus hərbiçilərini görəcək, onda yekə-yekə danışanlar dediklərindən imtina etdilər. Birdəfəlik anlamaq lazımdır ki, Dağlıq Qarabağdakı ermənilərin Ermənistandakılarla heç bir fərqi yoxdur. Özünü millət hesab edən ermənilər Gümrüdə dəhşətli şəkildə ailə qətliamı törədən bir rus əsgərinin mühakimə olunmasına belə nail ola bilmədilər. Çünki ermənilər xalq olaraq hakimiyyətə təsir etmək iqtidarında deyillər. Axı biz bu cür topluluqdan lehimizə nə gözləyək? Bir rus əsgərinin öhdəsindən gələ bilməyənlər Dağlıq Qarabağ kimi böyük problem ətrafında müstəqil siyasət apara bilərmi?”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da "Kadırov taktikasının” müsbət effekt verəcəyinə inanmır: "Ermənilər daim nəzarət və təzyiq altında olduğuna görə Dağlıq Qarabağda lehimizə təbliğat aparan, Azərbaycana tərəf duran erməni tapmaq çox çətindir. Ermənilərin beyni həddindən artıq yalançı ideologiya ilə zəhərlənib. Artıq onları həqiqətə inandırmaq mümkün deyil. Düşünürəm ki, boş yerə özümüzü yormağın, aldatmağın mənası yoxdur. 70 il erməniləri başa salmağa, onlarla dil tapmağa çalışdıq. Dəfələrlə sübut etdik ki, Azərbaycanda bizimlə bir yerdə yaşamaq ermənilər üçün faydalıdır. Çünki özləri də görürdülər ki, ac-yalavac Ermənistan mühiti onlara yaxşı heç nə vəd etmir. Xatırladım ki, 1919-cu ildə ermənilər adını qurultay qoyduqları bir toplantıda Azərbaycan hökumətinə müraciət etdilər və bildirdilər ki, onların iqtisadi maraqları Azərbaycanla bir yerdə olmağı zəruri edir. Amma həmin vaxt ermənilər müstəqil Azərbaycan dövlətinin silahlı gücünü gördükləri üçün belə qərara gəlmişdilər. Sonradan bir daha həmin məsələyə qayıtmadılar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual