Qasırğa Antalya aeroportunda avtobusları aşırdı: 12 yaralı - VİDEO




Antalyada bir neçə gündür davam edən güclü qasırğanın fəsadlarına dair yeni görüntülər yayılıb.

"Sherg.az" qafqazinfo-ya istinadən xəbər verir ki, qasırğa hava limanında iki avtobusu və iki mikroavtobusu aşırıb, 2 təyyarə və 1 bir polis heikopterinə ziyan dəyib. Hadisə zamanı 12 nəfərin yaralandığı açıqlanıb.

Ankara valisi aeroportun nəqliyyata qapalı elan edildiyini bildirib. Eyni zamanda, vətəndaşlara vacib olmadığı təqdirdə çölə çıxmamağı tövsiyə edib.