Qatarla Şahdağa səyahət vaxt itkisidir
20:04 10.02.2018
Arxiv
1073
21-ci əsrdə insanlar zamanlarına daha çox qiymət verməyə başlayırlar
Əgər bu, sürət qatarı layihəsi olmayacaqsa, gələcəkdə layihənin rentabelli olması və ya turizmə ciddi dəstək verməsi sual doğurur
"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Bakı ilə "Şahdağ” dağ-xizək kurortunu əlaqələndirəcək dəmir yolunun layihələndirilməsi işinə başlanıb. Sözügedən layihənin hazırlanmasında məqsəd təbii ki, ölkəmizdə turizmin inkişafı ilə bağlıdır. Bəs, yeni layihə nə dərəcədə effektiv ola bilər?
İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan kimi ərazisi kiçik bir ölkədə avtomobil yollarını infrastruktur olaraq inkişaf etdirmək daha məntiqli gəlir. Ekspertin sözlərinə görə, dəmir yolu ilə Şahdağa səyahət etmək ilk növbədə vaxt itkisinə səbəb ola bilər. Bu baxımdan layihənin nə dərəcədə effektiv olduğunu söyləmək bir qədər çətindir:
"Şahdağa cəmi 190-200 kilometr civarında avtomobil yolu mövcuddur. Ən pis halda hava şəraitini nəzərə alsaq, insanlar avtomobillə 2 saata Şahdağa gedə bilər. Bildiyim qədər bu, sürət qatarı layihəsi deyil. Sürət qatarı olmayacaqsa, Şahdağa təxminən 4, 4 saat yarıma çatmaq mümkün olacaq. 21-ci əsrdə insanlar zamanlarına daha çox qiymət verməyə başlayırlar. Həmçinin turistlər qatarda itirdiyi vaxtın yerinə gəzməli, görməli yerlərə səyahət etməyə üstünlük verirlər. Ona görə də avtomobil yolları ilə Qusara və Şahdağa səyahət etmək daha tez başa gəlir. Əgər bu, sürət qatarı layihəsi olmayacaqsa, gələcəkdə layihənin rentabelli olması və ya turizmə ciddi dəstək verməsi sual doğurur.
Avropada və bir çox ölkələrdə olduğu kimi, sürət qatarları şəbəkəsinin yaradılması ideyası olsaydı, bunu anlamaq olardı. Açığı, sürət qatarları infrastrukturu da çox bahalı layihələrdir”.
N.Cəfərlinin fikrincə, Bakıdan Quba istiqamətinə kifayət qədər normal yollar var. Məhz həmin yolların daha da modernləşdirilməsi və təhlükəsiz hala gətirilməsi turizmin potensialına təsir göstərər:
"İnsanlar kifayət qədər zaman itirəcək və qiymətlərin də hansı səviyyədə olduğunu indidən demək mümkün deyil. Amma qatarın daxili qiymətləri də ucuz deyil. Bu baxımdan avtomobillə 200 kilometr yol qət etmək üçün cəmi 15-20 litr benzin işlənir. Bu da 15-20 manat pul edir. Avtomobildə 4 adam varsa, adambaşına səyahət 5 manata gəlib çıxır. Düşünürəm ki, bu, insanlar üçün daha sərfəlidir.
Ümumiyyətlə, son zamanlar turizmlə bağlı görülən işlər çoxalıb, bu, təqdirəlayiqdir. Amma sırf dəmir yollarının turizmə böyük təsiri olacağını düşünmürəm”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm