Qəbələ Şahdağla birləşəcək




Qəbələ ilə Şahdağ tunel vasitəsilə birləşdiriləcək.
Axar.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.
"Gələcək üçün Qəbələdə qış-istirahət mərkəzi ilə "Şahdağ" qış-istirahət mərkəzini tunel vasitəsi ilə bir-birinə birləşdirməyi düşünürük. Bir növ dairə alınacaq", - deyə C.Qurbanov əlavə edib.