Qələbənin 70 illik yubileyi keçiriləcək







Prezident İlham Əliyev "1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Сərəncam "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinin qeyd edilməsinə hazırlıq barədə” Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 2012-ci il 5 dekabr tarixli qərarında 1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinin qeyd olunmasına dair tövsiyəyə uyğun olaraq verilib.
Tədbirlər Planında göstərilən tədbirlərin icrası üçün tələb olunan xərclərin maliyyələşdirilməsi 2015-ci il dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək.