Qəribə, amma gerçək: Qarğalar 8 yaşlı qıza hər gün hədiyyələr gətirir

4 yaşından bəri evinin arxa bağçasında qarğaları bəsləyən 8 yaşlı qıza qarğalar hədiyyə gətirir. Qəribə, amma gerçəkdir. Qabinin evdə ən çox dəyər verdiyi şey yemək otağının yanındakı qutusudur.
Qabi Mann adlı gənc qız 4 yaşından bəri hər gün nizamlı olaraq bağçaya gələn qarğaları bəsləyir. Quşları müşahidə edən qız 4 ildir davam etdirdiyi bu vərdişlə tez-tez hədiyyələr alır.
2013-cü ildən bu yana qarğalar ona hədiyyə gətirib buraxır. Bu maraqlı hadisə Qabini kolleksiya yığmağa həvəsləndirmişdi. Quşların hədiyyələri parlaq daşlar, vintlər, şüşə qapaqları, metal parçalar və muncuqlardan ibarətdir. Hətta ürək şəklində bir muncuq hədiyyəsi də var. Quşlarla məşğul olan alim John Marzluffa görə, qarğalar və quzğunların parlaq obyektlərə qarşı marağı var, ümumiyyətlə yuva bəzəmək, ya da dişi yoldaş axtararkən diqqət çəkmək üçün belə parıltılardan istifadə etdiklərini, amma belə hədiyyələşməyi ilk dəfə gördüyünü ifadə etdi. Qabinin anası Lisa, qızı üçün hazırladığı günorta yeməklərini qarğaların yeməsinə çox da diqqət etmir və "Heyvanları sevmələrinə və paylaşmaçı olmalarına sevinirəm” deyir. Qabi və qarğalar arasında qurulan xüsusi bağı görmədən əvvəl quşlara diqqət etmədiyini söyləyən Lisa, "Mənim üçün də böyük bir dönüm oldu. İndi quşlara daha fərqli bir gözlə baxıram” deyə əlavə edir. Hədiyyə gətirən qarğaların hamısı da Qabinin rəngli və parlaq hədiyələri sevdiyini bilir. Buna görə Qabi olduqca şanslıdır. Qabinin anası Lisa, qarğaların nizamlı olaraq fotoşəkillərini çəkməyə çalışır və davranışlarını yazır. Lisa ən böyük sürprizi yalnız bir neçə həftə əvvəl yaşamışdı. Yaxınlarda gördüyü bir qartalın şəkilini çəkməyə çalışarkən lent qabını yerə salıb itirmişdi. Heç cür tapa bilmədiyi lent qabı bir neçə gün sonra bağçasındakı boş quş yemi nimçələrinin birinin ortasında görmüşdü.