Qocalar evində yanğın: 1 ölü, 6 yaralı






İngiltərənin Stivenic şəhərində qocalar evində yanğın baş verib.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.


Hadisə zamanı binada 41 nəfər olub. Yanğının səbəbləri hələ ki, məlum deyil.