Regionlarda gənc analar çalışa bilmirdilər
08:44 14.02.2018
Arxiv
1344
Prezidentin uşaq bağçaları ilə bağlı sərəncamı problemləri həll edəcək
Ölkə başçısı İlham Əliyev regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumata görə, əhalisi 306 mindən çox olan 15 şəhər və rayonda ümumilikdə 1230 yerlik 15 uşaq bağçasının tikintisi məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.43.7-ci yarımbəndində göstərilmiş məbləğin 19 577 000 manatı Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Məlumdur ki, bölgələrdə uşaq bağçalarının sayı o qədər də ürəkaçan deyil. İşləyərək ailəsinə yardımçı olmaq istəyən analar çıxılmaz durumdadır. Nəhayət, bu problemlər tədricən aradan qalxacaq.
Ölkə başçısının imzaladığı sərəncamı hər şeydən əvvəl təhsilə olan diqqət və qayğı kimi dəyərləndirən təhsil üzrə ekspert Nadir İsrafilov "Şərq”ə bildirib ki, növbəti illərdə uşaq bağçaları ilə bağlı çatışmazlıqlar aradan qaldırılacaq:
"Ölkəmizdə "Təhsilə dair Dövlət Strategiyası” qəbul olunub. Məktəbəqədər müəssisələr bu strategiyada prioritet istiqamət kimi qoyulub. Ölkəmizdəki vəziyyət təhlil edilərkən məlum olub ki, uşaq bağçalarının 16 faizi kəndlərə, 24 faiz isə paytaxta məxsusdur. Lakin növbəti illərdə strateji hədəf kimi məktəbəqədər təhsil müəssisələrinin inkişaf etdirilməsi əsas götürülür. Hətta strategiyada konkret olaraq qeyd olunub ki, 2020-ci ilə qədər məktəbəqədər təhsil müəssisələri 90 faiz əhatə olunmalıdır”.
N.İsrafilov bildirib ki, uşaq bağçalarının sayının kifayət qədər olmaması elə bir vəziyyət yaradıb ki, məktəbəqədər təlim prosesi orta məktəb binalarında həyata keçirilir:
"Sovet dönəmində uşaq bağçaları ilə bağlı vəziyyət tam olmasa da, indiki ilə müqayisədə optimal idi. 90-cı ildə müstəqillik əldə etdikdən sonra sərəncam verildi və beləliklə, uşaq bağçaları özəlləşdirilməyə başladı. Bu özəlləşdirmənin məqsədi isə özəl sektorun inkişaf etdirilməsi idi. Sərəncamda birmənalı şəkildə yazılmışdı ki, özəlləşdirmə olsa da, təyinatları dəyişdirilməli deyil.
Amma təəssüf ki, bağçaların əksəriyyətinin təyinatı dəyişdi. Bunun üçün Təhsil Nazirliyi də nəzarəti həyata keçirmədi. Özəlləşməyə çıxarılan bağçaların böyük əksəriyyəti ayrı-ayrı iş adamları tərəfindən alındı və onların yerində şadlıq evləri, restoran və kafelər tikildi. Beləliklə, özəlləşdirmə bağça problemini gündəmə gətirdi.
Şəhərlə müqayisədə regionlardakı vəziyyət daha acınacaqlıdır. Bu gün gənc anaların işləmə problemi var. Bu problemləri həll eləmək, boşluğu aradan qaldırmaq üçün ölkə başçısı sərəncam verib. Xeyli sayda bağçalar tikilməlidir. Ümumiyyətlə, prezident bölgələrdəki vəziyyətin yaxşılaşdırılması ilə bağlı bir neçə sərəncam imzalayıb. Regionların inkişaf etdirilməsi təkcə yol çəkilməsi, parkların salınmasından ibarət deyil. Təbii ki, burda təhsillə bağlı olan məsələlər də ön plandadır. Ona görə də prezidentin imzaladığı sərəncamı xüsusi qiymətləndirmək lazımdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya