Rəsmi Ankara Xocalı faciəsini soyqırım kimi qəbul edə bilər
23:34 23.02.2015
Arxiv
513
“Soyqırım məsələsində Azərbaycan və Türkiyənin eyni xətdə hərəkət etməsinin əhəmiyyəti böyükdür”
Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan Xocalı soyqırımından danışıb. O bildirib ki, məlum faciəni genosid kimi qəbul edəcəklər. Parlamentarinin sözlərinə görə, soyqırıma dair ədalətin tam olaraq öz yerini tapmaması təəssüf doğurur:
"Bununla belə, inanıram ki, Xocalı faciəsi ilə bağlı ədalət gec-tez bərqərar olacaq”. Millət vəkili onu da əlavə edib ki, yüz il bundan əvvəl heç bir şəkildə var olmayan, "soyqırım” hekayəsini uyduranlar bu gün gerçək soyqırımı görmür, amma gec-tez bunu görəcəklər. Məlumat üçün bildirək ki, artıq bəzi dövlətlərin parlamentləri Xocalı faciəsini soyqırım kimi tanıyıb.
Türkiyəli həmkarının bəyanatını dəyərləndirən millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında bildirib ki, bu qərar rəsmi Ankaranın dövlət siyasəti üçün də çox önəmlidir: "Ötən dövr ərzində müxtəlif ölkə parlamentlərində Xocalı soyqırımı barədə apardığımız tanıtım kampaniyalarında mühüm faktları ortaya qoya bilmişik. Rəsmi Ankara Ermənistan əleyhinə hücum planlarını da Xocalı üzərindən həyata keçirə bilər. Qondarma erməni soyqırımı ortadan götürülsə, çox zəif dayaqlara malik erməni dövlətçiliyi məhv olacaq. Soyqırım məsələsində Azərbaycan və Türkiyənin eyni xətdə hərəkət etməsinin əhəmiyyəti böyükdür. Başlıca hədəf Qarabağın işğaldan azad olunmasıdır. S.Oğan da bunları bilir. Cəmiyyətinə tanış simadır. Onun dövlətlərarası və parlamentlərarası təmaslarda çox böyük rolu olub. Dəyişməz mövqeyə malik insandır”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm