Rəsulzadə Odessada da anıldı - FOTOLAR

Bu ilin fevralın 3-də Ukraynanın Odessa vilayətində Ekologiya Universitinin akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 134-cü il dönümü münasibətilə anım tədbiri keçirilib. 
"Sherg.az"ın xəbərinə görə, Azərbaycanın sözügedən ölkədəki diaspora nümayəndələri tərəfindən təşkil olunan mərasim Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2018-ci ili "AXC ili" elan etməsi ilə bağlı verdiyi sərancama uyğun həyata keçilib.
Yığıncağın proqramını Odessadakı diaspor təşkilatının aktiv nümayəndələri -Anar Ağayev, Namiq Talıbov, Əbülfət Əliyev, Elxan Tağıyev, Namiq Əliyev, Nəzər Hacıyev, Famil Nəbiyev, Mehman Abbasov, Cəlil Astanov, Firon Pirverdiyev və başqaları hazırlayıblar. 
Tədbirin sonunda azərbaycanlı gənclər istiqlal şeirləri səsləndirib.
Ayyət Əhməd