"Rusiya ABŞ-ın qarşısında ona görə sakitdir ki..." - POLİTOLOQ

Zərdüşt Əlizadə: "...vaxtilə o dövlətə nüvə silahı verib. Əgər o nüvə silahı olmasaydı, Rusiya Amerikanı ciddiyə almazdı”




"Amerika Rusiyanın özünə yox, müttəfiqlərinə qarşı vaxtaşırı zərbələr endirir”.

Bunu "Sherg.az”a Suriyada ABŞ döyüş təyyarələrinin Suriya ordusunun tərəfində vuruşan döyüşçülərə zərbələr endirməsindən danışarkən politoloq Zərdüşt Əlizadə söyləyib. 

O xatırladıb ki, rus döyüşçüləri bölgədə olsa da, olmasa da, Moskva mənfi münasibət bildirib:

"Rusiya və Amerika arasındakı münasibətlər yaxşı deyil. Hər iki tərəf barışmaz mövqedədir. Rusiya bu hadisədən sonra nə edə bilər ki? Moskva indi ona görə sakitdir ki, vaxtilə o dövlətə nüvə silahı verib. Əgər o nüvə silahı olmasaydı, Rusiya Amerikanı ciddiyə almazdı”.

Qeyd edək ki, fevralın 7-də Suriya ordusunun tərəfində vuruşan döyüşçülər Deyr-ez-Zor əyalətində minaatanlar və reaktiv yaylım atəş sistemlərdən, həmçinin ABŞ-ın başçılıq etdiyi koalisiyanın vertolyotlarından atəşə tutulub. Zərbələr nəticəsində ölən döyüşçülər arasında biri polkovnik olmaqla 3 Rusiya hərbçisi var. Məlumata görə, rejim tərəfdarları hökumət qoşunlarının postlarına atəş açan terrorçuların məhv edilməsi üçün keçmiş neft emalı zavodu istiqamətində kəşfiyyat-axtarış hərəkətlərini icra edirdi.

Aysel Aslan