Rusiya Amerika bombardmançılarına görə havaya 2 qırıcı qaldırdı





ABŞ-ın "B-52H” bombardmançılarının Baltikm dənizi suları üzərində hərəkət etməsinə görə, Rusiya "Su-27” döyüş qırıcılarını bir gündə 2 dəfə havaya qaldırıb.

"Sherg.az” TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

Mərkəzin məlumatına görə, ABŞ hərbi təyyarələri Rusiyanın dövlət sərhədinin lap yaxınlığında uçuş ediblər.

"Rusiyanın hava ərazisinə nəzarət edən cihazlar tərəfindən iki Amerika təyyarəsi aşkar edilib. Bundan sonra Rusiya tərəfi ABŞ bombardmançılarını müşayət etmək üçün "Su-27” qırıcılarını havaya qaldırıb.

Məlumatda o da qeyd edilir ki, 14 mart tarixindən etibarən Amerika strateji bombardmançıları Baltik dənizində yeddi uçuş həyata keçiriblər.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, bombardmançı uçuşun yolunu dəyişdirdikdən sonra Rusiya təyyarələri aerodroma qayıdıb.

Anar