Rusiya atəşkəsə söz vermir
21:56 26.02.2015
Arxiv
641
Ukraynada hadisələr ən qara ssenari üzrə inkişaf edə bilər
Ukraynanın şərqindəki gərginlik yenidən şiddətlənib. "Şərq” qəzetinin "lemonde”.fr-ə istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib. Onun sözlərinə görə, böhranın aradan qaldırılması məqsədilə Minsk-2 də tədbirlər paketini razılaşdıran tərəflər öz öhdəliklərini yerinə yetirməlidirlər: "Bununla yanaşı, toqquşmalara son qoyulmalı, dinc əhaliyə normal həyata qayıtmaq üçün şərait yaradılmalı və siyasi dialoqa başlanmalıdır”. S.Düjarrik onu diqqətə çatdırıb ki, martın 2-də BMT Ukraynada insan haqlarının vəziyyətinə dair yeni hesabatını təqdim edəcək.
Martın 1-də Cenevrədə ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş baş tutacaq. Bu barədə "Kommersant” qəzeti xəbər verib. Məlumatda qeyd olunub ki, danışıqların əsas mövzusu Ukraynadakı vəziyyət olacaq. Diplomatik mənbələrdən daxil olan xəbərlərə əsasən, görüşdə münaqişənin nizamlanma yolları və Minsk protokolunun icrası müzakirə ediləcək. Qəzet həmçinin yazır ki, Rusiya xarici işlər idarəsinin başçısı martın 2-də Cenevrədə BMT İnsan Haqları Şurasının 28-ci sessiyasında çıxış edəcək.
Ukraynanın atəşkəs şərtləri real sayılmır
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Kiyevin tələbləri gülünc doğurur: "Bu tələblər Kiyevin mövqeyinə tam cavab verir. Onlar bəyan edirlər ki, ağır silahları o halda geri çəkəcəklər ki, 1-2 gün bir dənə belə atəş olmasın. Biz isə gözəl anlayırıq ki, ideal atəşkəs rejimləri mövcud deyil”.
Atəşkəs ümidləri sönüb
Böhranın aradan qadırılmasına dair Almaniya, Fransa, Rusiya və Ukrayna liderləri bir araya gəlib, saziş imzaladılar. Lakin yenə də atəşkəsə nail olunmadı. "Şərq”ə qəzeti "fr.euronews.com”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna milli qarovulunun komandanı Viktor Şerdluh məlumat verib. Onun sözlərinə görə, atəşkəsin imzalanmasına baxmayaraq Ukraynada hər gün qızğın döyüşlər gedir: "Separatçılar truppamızı atəşə tuturlar. Onlar sazişin şərtlərinə məhəl qoymur. Ərazilərimizdən çıxmalı olduqlarını anlada bilmirik. Krıma quru yolu təmin etmək məqsədilə strateji əhəmiyyətə malik Mariopul şəhərini də ələ keçirmək istəyirlər”.
Ordu çəkilsə, meyitləri qaytaracağıq
Ukrayna ordusu silahı yerə qoyarsa, meyitləri qaytaracağıq ki, dəfn etsinlər. Amma ordu hücumlarını dayandırmır. Onlar döyüşə atılırlar. Bu sözləri separatçıların komandanı Mixail Tolstik deyib. Onun fikrincə, Ukrayna əsgərləri hələ də prezidentləri Petro Poroşenkonun əmrlərini icra edirlər: "Biz də əsgərik. Onlara hörmət edirik. Məhv etmək niyyətimiz yoxdur. Lakin bizi məcbur edirlər”.
Ukrayna ağır silahları təmas xəttindən geri çəkib
Ukrayna tərəfi bu gündən etibarən ağır silahları Donbassdakı təmas xəttindən geri çəkməyə başladığını açıqlayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, 12 fevral tarixli Minsk razılaşmalarına uyğun olaraq 100 millimetrlik silah sistemləri təmas xəttindən geri çəkiləcək: "Ağır silahların çəkilməsinə yönələn bu ilk addım ATƏT-in monitorinqi altında həyata keçiriləcək”. Baş Qərargahdan o da əlavə olunub ki, separatçılar hücuma cəhd göstərsələr, Kiyev ağır silahların geri çəkilməsi qrafikinə dəyişiklik edəcək”.
Hadisələrin gedişatını şərh edən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli bildirib ki, vəziyyətin bu cür saxlanılması müharibənin daha da alovlanmasına gətirib çıxara bilər: "Münaqişənin istisi Avropanın digər ölkələrinə də gəlib çata bilər. Belə olan vəziyyətdə ABŞ-ın Ukraynaya silah vermək təklifi də reallaşacaq. Avropa təmsilçiləri hesab edirlər ki, bu cür vəziyyət artıq Ukraynadakı böhranın yeni bir mərhələyə keçməsinə gətirib çıxara bilər. Ona görə də bu son təmaslara xüsusilə böyük önəm verilir. Ukrayna problemi ilə bağlı danışıqlarda tərəflərin ortaq məxrəcə gəlməsinə dair ümidlər var idi. Lakin alınmadı. Belə olan təqdirdə, hadisələr ən qara və mürəkkəb ssenari üzrə inkişaf edə bilər. Rusiyanın konfliktə artıq kənardan deyil, açıq şəkildə müdaxiləsi baş qaldıra bilər. Nəticədə, Avropanın işə qarışması ilə üçüncü dünya müharibəsi qaçılmaz ola bilər”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm