Sabirabadda ağır qəza: 1 ölü, 8 yaralı




Sabirabadda 1 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza Hacıqabul-Bəhramtəpə yolunun Sabirabad rayon Nizami kəndi ərazisindən keçən hissəsində baş verib.


Qəzanın təfərrüatları müəyyənləşdirilir.