Şabranda Cümhuriyyət tədbiri





Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkliatçılığı ilə Şabran Heydər Əliyev Mərkəzində "Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində keçirilən növbəti tədbir də yaddaqalan olub.

"Sherg.az"ın xəbərinə görə, Rayon icra hakimiyyətinin başçısı, yazıçı-publisist Novruz Novruzov və Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın salamlama nitqlərindən sonra verdikləri vəd öz təsdiqini tapıb; Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərlinin dolğun, Cümhuriyyət ideallarına sevgi dolu ətraflı mühazirəsi dinləyicilərdə 100 il əvvəl Şərqdə ilk demokratik respublika qurucularının şərəfli, qürurlu, mənalı, həm də faciəli ömür yolu barədə unudulmaz təəssürat yaradıb.

Azərbaycan Yazıçılar Birliyinin Şabran filialının sədri Aydın Tağıyev rayon ziyalıları adından görüşün təşkilatçılarına təşəkkür edib.