Şagirdlər oyun oynamırlar

Hətta müəllimlər belə tualet çətinliyindən bura üz tuturlar
                                                                                                                                                           
 Vanın Başqala qəsəbəsinə bağlı Tandoğan məhəlləsindəki ibtidai məktəbdəki tualetin istifadə edilə bilməz halda olması müəllim və şagirdlərə çətinlik yaşadır.
Qəsəbə mərkəzindən 21 kilometr uzaqlıqda olan və 35 şagirdin təhsil aldığı Tandoğan ibtidai məktəbində yaşanan tualet problemi səbəbiylə bəzi şagirdlər evlərində, bəziləri isə açıq sahədə ehtiyaclarını ödəyir. Məktəbdəki tualetin təmir edilməsini istəyən şagird vəlilərindən Faiq Qoç, mövzunu bir neçə dəfə Qəsəbə Milli Təhsil Müdirliyinə bildirdiklərini, ancaq bir nəticə almalıqlarını ifadə etdi.
Qoç, "Məktəbdə tualet var, amma xaraba vəziyyətdə olduğu üçün istifadə edilmir. Tualet probleminin aradan qaldırılmasını gözləyirik. Qış aylarında şagirdlərimiz pərişan olur. Bu gedişlə uşaqlarımız xəstələnəcək. Uşaqlar və müəllimlər belə bir mühitdə necə təmiz qala bilər. Şagirdlərimizin daha sağlam mühitdə təhsil almasını istəyir və bu mövzuda səlahiyyətlilərdən həssaslıq gözləyirik” dedi.
Mahal Baş məmuru Murad Büyükköse isə məktəblərdəki əskikliklərin əlaqədar təşkilatlara çatdırıldığını ifadə edərək, "Qış şərtlərinin çətin keçdiyi mahalda, məktəblərin sularının donması səbəbiylə iş görə bilmirik. Təmirlər də don hadisəsi səbəbiylə alınmır. Havaların istiləşməsiylə məktəblərdəki işlər başladılaraq lazımlı təmirlər tamamlanacaq” deyə danışdı.