Şagirdlərə yanğından mühafizə qaydaları öyrədilir

204 saylı orta məktəbdə maraqlı tədbir keçirilib



Bakının Xətai rayonunda yerləşən Ələkbər Əliyev adına 204 saylı orta məktəbin və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə təşkilatçılığı ilə "3 B"-nin gözü ilə Fövqəladə Hallar» adlı maraqlı tədbir keçirilib. 3 V sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə məktəblilər fövqəladə hallarda özünü nejə aparmalı mövzusunda maraqlı səhnəjiklər, məlumatlar təqdim etməklə tədbir iştirakçılarında maraq yarada biliblər. Sinif rəhbəri Könül müəllimənin təşkilatçılığı ilə keçirilən tədbirdə kiçikyaşlı məktəblilərin fövqəladə hallarda hansı addımlar atmasının vajibliyi ilə bağlı tədbir iştirakçılarına məlumatlar verilib. Maarifləndirmə məqsədilə keçirilən tədbirdə fövqəladə halların nümayəndələri də iştirak edirdilər.

Məktəbin direktoru Ziba Rzayeva çıxış edərək tədbirin məqsəd və mahiyyətindən danışaraq 204 saylı məktəbdə bu kimi təbdirlərin tez-tez keçirildiyini vurğuladı. 3 B sinif rəhbəri Könül müəllimənin belə maraqlı və əhəmiyyətli təbdirlərin təşkilində xüsusilə fərqləndiyini qeyd etdi.
Fövqəladə Hallar Nazirliyinin adından iştirak edən nümayəndələr də belə tədbirlərin orta təhsil məktəblərində keçirilməsinin vajibliyindən və əhəmiyyətindən danışdılar.

Müxtəlif təbii və texnogen fövqəladə hallar, eləjə də həmin hallar zamanı hərəkət qaydalarına həsr olunmuş məruzələrdən ibarət olan nəzəri hissə çərçivəsində məktəbin şagirdləri ilə birgə "Fövqəladə halların təsnifatı”, "Kollektiv mühafizə qurğuları”, "Təbii fövqəladə hallar zamanı nə etməli?”, "Radiasiya, kimya və bioloci xarakterli fövqəladə hallar zamanı nə etməli?”, "Yanğın və nəqliyyat qəzaları zamanı nə etməli?”, "Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?”, "Məişətdə qazdan təhlükəsiz istifadə qaydaları”, "Yanğın təhlükəsizliyi” mövzularında çıxış ediblər.

Tədbir iştirakçılarına FHN-in fəaliyyət istiqamətləri və strukturları, fövqəladə hallarda davranış qaydaları mövzusunda videoçarxlar nümayiş etdirilib.

Daha sonra yanğın hadisəsində axtarış-xilasetmə tədbirlərinin əyani şəkildə nümayiş etdirilməsi məqsədilə məktəbdə şərti yanğın vəziyyəti yaradılıb. Şagirdlərə yanğının qarşısının alınması, eləjə də təxliyə, zərərçəkənlərə ilkin yardım göstərilməsi prosesi əyani şəkildə təqdim olunub. Maarifləndirmə tədbirinin sonunda nazirliyin xilasetmə texnika və avadanlıqları nümayiş olunub. Nazirlik əməkdaşları tədbir iştirakçılarına xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texniki avadanlıqlar, xilasetmə və üzmə vasitələri haqqında ətraflı məlumat veriblər. 

Eyni zamanda şagirdlər yanğınsöndürmə texnika və vasitələrinin təyinatı, ondan istifadə qaydaları, fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət jihazları, eləjə də maneken-mulyac üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıq və qanaxmalar zamanı iş üsulları barədə də ətraflı informasiya əldə ediblər.