“Şah Fırat” əməliyyatı Türkiyədə tənqidlərə məruz qaldı
21:51 23.02.2015
Arxiv
592
Azərbaycanın siyasi təhlilçiləri isə Ərdoğanın addımını müsbət qiymətləndirirlər
Türk ordusunun Suriya ərazisinə daxil olaraq Süleyman şahın nəşini Türkiyəyə gətirməsi ölkə daxilində və xaricində ciddi müzakirələrə səbəb olub. Bir çoxları bunu Suriyanın ərazi bütövlüyünün pozulması, bəziləri Türkiyənin İŞİD-dən çəkinməsi, digərləri isə Ərdoğanın uzaqgörənliyi kimi şərh ediblər.
Məlumat üçün bildirək ki, havadan da dəstəklənən türk qoşunu Suriyada İŞİD silahlılarının müqavimətinə rast gəlib. Bir müddət davam edən atışmadan sonra terrorçular geri çəkilib. Əməliyyatın gedişində Süleyman şahın balzamlanmış cənazəsi və məqbərəni qoruyan 40 türk hərbçisi Suriya ərazisində daha təhlükəsiz bir əraziyə köçürülüb. Daha sonra nəşin Türkiyəyə aparılması barədə qərar verilib. Suriya hökuməti Türkiyənin ölkə ərazisində əməliyyat keçirməsini kobud hərbi müdaxilə adlandırıb. AKP hakimiyyətinin uğur kimi dəyərləndirdiyi yerdəyişmə ölkənin əsas müxalifət liderləri tərəfindən də sərt tənqid edilib. MHP başqanı Dövlət Baxçalı baş verənlərə kəskin etiraz edərək, bu addımın Türkiyənin nüfuzuna böyük zərbə olduğunu bildirib: "Vətənimizin müqəddəs bir hissəsi, Süleyman şah” türbəsi və Hörmət polis bölməsi AKP hökuməti tərəfindən qorxaqca üzüstə buraxılıb. AKP-nin millətimizin şərəfini, dövlətimizin etibarını iki qəpiklik etməsi üstündən keçiləcək bir hadisə deyil”. CHP başqanı Kamal Kılıcdaroğlu da keçirilən əməliyyata sərt reaksiya verib. Kılıcdaroğlu özünün "twitter” hesabında baş verənləri belə dəyərləndirib: "Güclü dövlət, qarşılaşdığı ilk təhdidə görə torpaqlarını buraxıb qaçmaz, terroristlərə cavab verərdi. Bu, Türkiyə üçün çox utancvericidir. Süleyman şahdan qaçma təlimatını verənlər, sabah bu ölkədən də qaçacaq”.
Türkiyə hökumətinin qərarını müsbət dəyərləndirən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli deyib ki, türk ordusunun Suriyadakı
əməliyyatı birbaşa rəsmi Ankaranın regionda nəinki iqtisadi, həm də hərbi gücə malik bir dövlət olmasının təsdiqidir. Politoloqun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri sayı və eyni zamanda hərbi hazırlığı baxımından NATO-da ABŞ-dan sonra ikinci mövqedə dayandığını bir daha sübut etdi: "ABŞ-ın 1,4 milyon hərbi qulluqçusu, əsgər və zabiti varsa, Türkiyədə bu rəqəm 720 minə gəlib çatıb. Təbii ki, müasir dünyada güc faktoru həlledici faktordur. İqtisadi güc ilə hərbi güc birləşdikdə dövlətin öz milli təhlükəsizliyini qoruması imkanları daha da genişlənir. Bu nöqteyi-nəzərdən Türkiyə ordusunun "Şah Fırat” əməliyyatını məhz belə dəyərləndirərdim. O ki qaldı NATO və ABŞ-ın bu hadisələrlə bağlı məsləhətləşib-məsləhətləşməməsi məsələsinə, hesab edirəm ki, Amerika ilə müəyyən kanallar vasitəsilə bu barədə fikir mübadiləsi aparılıb”.
BDU-nun müəllimi, politoloq Vüqar Zifəroğlu da bildirib ki, belə bir əməliyyatın keçirilməsi vacib idi. Bu, Türkiyənin təhlükəsizliyinin təmin edilməsi üçün önəmlidir: "Prosesin çox sadə izahı var. Süleyman şah türbəsi məsələsi Türkiyənin regiona baxışını ortaya qoydu. Bu köçürmə ilə Türkiyə İŞİD qüvvələri ilə lüzumsuz yerə qarşılaşmaq istəmədiyini bəyan etdi. Hamı bilir ki, Türkiyənin separatçı kürdlərlə problemi davam edir və bu an regionda kürdlərin ən böyük əleyhdarı məhz İŞİD qüvvələridir. Buna görə də hələlik İŞİD-in Türkiyəyə lazım olması başadüşülən məsələdir”. Politoloqun fikrincə, sadəcə, türbənin köçürülməsi gözlənilən deyildi: "Türkiyə istəsə, gücünü bura yönəldə və türbənin qorunmasını təmin edə bilərdi. Amma görünür, hökumət köçürməyi daha məqsədəuyğun sayıb. İstənilən halda bu yerdəyişmə Türkiyənin regiondakı mövqeyinin zəifləməsinə deyil, güclənməsinə hesablanıb”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm