
Sahib Məmmədov: “Özləri xaricdən, xanımlarının adına yaratdıqları QHT-lər vasitəsi ilə də Şuradan maliyyə yardımı alırlar”
13:54 23.03.2019
Arxiv
901
"Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə yardımı alanlar içərisində elə QHT-lər var ki, onların təsisçiləri yaxud təsisçilərindən biri və ya rəhbəri Milli Məclisin üzvüdür. Hər dəfə müsabiqədə bir neçə belə QHT olur adətən”.
"Sherg.az” bildirir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov deyib. O, rəhbərliyində deputat olan QHT-lərin Dövlət Dəstəyi Şurasından qrant alanlara etiraz edilməsinə cavab verib. S.Məmmədov deyir ki, bu layihələrdə həmin deputatların hər hansı fəaliyyəti varsa, bu könüllüdür:
"Onlar heç bir halda əmək haqqı və ya qonorar ala bilməzlər. Amma biz bu QHT-lərin digər üzvülərinin hüquqlarını poza bilmərik axı. Bu QHT-lərin çoxu ciddi sosial layihələr həyata keçirirlər. Milli Məclis üzvləri büdcə haqqında qanuna səs verəndə onun içərisində Şuraya ayrılan kiçik məbləğ də gedir. Bu maraq konfilikti yaradırmı? Xeyir. Belədə gərək deputatlar dövlət orqanı olan Milli Məclis aparatının saxlanma xərclərinə, Milli Məclis deputatlarının əmək haqqına və təminat xərclərinə ayrılan vəsait üçün də səs verməsinlər. Yaxud da, deputatlar Mərkəzi Seçki Komissiyasının saxlanma xərcinə görə də səs verməsin ki, MSK Milli Məclisə seçkiləri təşkil edib, keçirir”.
Hüquq müdafiəşisi Şura üzvülərinin təmsil olunduğu QHT-lərin də 7- 8 min manat maliyyə yardımı alması məsələsinə də toxunub:

"Burda da məslə belədir ki, Şura üzvünün təmsil olunduğu QHT-nin digər təsisçiləri, üzvüləri və işçiləri var. Mənim təmsil etdiyim QHT-nin ötənilki büdcəsi 8000 (səkkiz min) manat olub. Buraya vergilər, icarə, layihənin icra xərcləri hamısı daxildir. Şura üzvülərinin mənsub olduğu QHT-nin maliyyə yardımı alması xüsusi qaydalarla tənzimlənir. Maraq konfilikti olmasın deyə Şura üzvü ona aid məslələrdə heç bir prosesdə iştirak etmir və son səsvermədə də iştirak etmir. Müsabiqələrdə layihələri dəstəklənməyən Şura üzvüləri də olur. Yəni yaxşı oxusalar bunu görəcəklər. Əgər bu vəsaiti də almasaq onda QHT-nin fəaliyyətini dondurmalı olacağıq. Görünür kiməsə bu çox lazımdır. Amma özləri xarici ölkələrdən yüz minlələ və milyonlarla çirkli pullar alsalar da, qardaşları, xanımları, digər ailə üzvülərinin adına yaratdıqları QHT-lər vasitəsi ilə Şuradan da maliyyə yardımı alırlar”.
Qeyd edək ki, rəhbərliyində deputat olan, həmçinin QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü olan QHT-lərə layihə həyata keçirmək üçün maliyyə ayrılması bir neçə gündür ki, sosial şəbəkələrdə tənqid edilir. Bir çox şəxslər belə hesab edirlər ki, deputatların QHT-si maliyyə alır, amma digər QHT-lər bundan məhrum qalırlar.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm