Salyan və Neftçala zülmətdən qurtulacaq
21:16 02.03.2015
Arxiv
2157
Son işlər görülür, bu rayonlara elektrik verilişi bərpa olunacaq
Güclü külək, yağış və qar Neftçala rayonunun bir sıra kəndlərində ciddi problemlər yaradıb. Nəticədə bəzi kəndlərdə elektrik verilişi dayandırılıb. Rayonun qaz təminatında da fasilələr yaranıb.
Salyan-Neftçala seçki dairəsindən millət vəkili seçilən Fəzail Ağamalı "Şərq”ə hadisədən xəbərdar olduğunu söyləyib. Onun sözlərinə görə, artıq elektrik enerjisinin bərpa edilməsi istiqamətində son tamamlanma işləri gedir. "Ümid edirəm ki, sabah (bugün-red) Salyan və Neftçalada işıq verilişi bərpa olunacaq”.
Deputat qazın kəsilməsinə də münasibət bildirib: "Qazla bağlı bu rayonlarda problemin olması ilə bağlı mənə müraciət olunmayıb. Qazla təchiz olunan kəndlərdə qaz verilir. Birinci dəfədir sizdən eşidirəm”.
Məsələ ilə bağlı "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı İbrahim Kərbalayev "Şərq”ə açıqlamasında bildirib ki, respublikanın heç bir yerində qaz təsərrüfatında problem yoxdur: "Həmçinin də Neftçalada havaların qarlı və şaxtalı dövründə qazın verilməsində heç bir məhdudiyyət qoyulmayıb”.
Qurum sözçüsü Neftçalanın bir sıra kəndlərinə də qaz verilməsinin planda olduğunu deyib: "Sura, I Qaralı, Qədimkənd, Aşağı Qəhrəmanlı kəndlərinə daşıyıcı məhəllədaxili qaz xətləri çəkilir və tamamlanma işləri gedir, sayğaclar quraşdırılır”.
Məlumat üçün qeyd edək ki, bir neçə gün öncə, Neftçalada qar yağan gündən bəri 10 gündür kəndləri işıqsız qalıb. Rayonun demək olar ki, 80 faizində işıq yoxdur. Bu səbəbdən 10 gündən çoxdur uşaqlar da dərsə gedə bilmir. Elektrik enerjisinin yoxluğu səbəbindən telefonların batareyası da sönüb. Qaz da yoxdur. Bu barədə "Yeni Müsavat” qəzetinə Neftçala rayonundan olan sakinlərdən biri məlumat verib.
Vüqar Şahinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm