Saxta həkimin cinayətləri üzə çıxdı: "Bu dərman səni sağaldacaq" dedi, bir ay sonra isə...





İllərdir özünü professor olaraq təqdim edən saxtakar Cüneyt T adlı "həkim” yaxalanıb. "Sherg.az” Türkiyə mətbuatına istinadən bildirir ki, xərçəng xəstəsi olan bir şəxsi müalicə edərkən öldürən qatil həkim, polisə ifadəsində peşiman olduğunu deyib.

Tanış olduğu insanlara özünü illərdir Gülhanə Hərbi Tibb Akademiyasının məzunu, beyin sinir və onkoloji cərrahı, professor-həkim olaraq təqdim edən, aldatdığı həkimlərlə birlikdə "qonaq həkim” olaraq bir çox əməliyyata girən saxta professor Cüneyt T-nın daha bir ölümə səbəb olduğu ortaya çıxıb.

2015-ci ildə Əli Ağır adlı kişinin öldüyü əməliyyata girdiyi ortaya çıxan Cüneyt T-nın saxta xərçəng dərmanı ilə başqa bir xəstəyə səhv müalicə yazdığı məlum olub. Belə ki, 2012-ci ildə döş xərçəngi olan L.E adlı qadın 2017-ci ilin dekabrında müalicəyə başlayıb. Amma qadın bir aydan sonra ölüb. Saxtakar həkim Cüneyt T-nın o dərmanlar üçün 40 min avro aldığını bildirən şikayətçi, L.E-nin əri C.E başına gələnləri danışıb: "Dərmanları istifadə etməyə başladıqdan bir həftə sonra həyat yoldaşımın vəziyyəti ağırlaşdı. Cüneyt T-nın həqiqətən professor-həkim olduğunu zənn edən başqa bir professorun tövsiyyəsi ilə bu adamın yanına gəldik. Cüneyt T arvadıma "yaxşı görünürsən, səbirsiz olmayın, bu dərman səni sağaldacaq” dedi. Amma o dərmanı istifadə etdikdən bir ay sonra yoldaşım öldü”.

Saxtakar həkim, saxtakarlığını boynuna alaraq, polisə ifadəsində "peşimanam” söyləyib. Onun törətdiyi başqa cinayətlərin olub-ilmadığı araşdırılır.

Anar