"...seçilməsəm, kombaynçı olacam" - Putin





Rusiyada keçiriləcək prezident seçkilərinə artıq çox az vaxt qalıb. Martın 18-də baş tutacaq seçkilər öncəsi prezident Vladimir Putin əkin sahələri üçün kombaynlar istehsal edən "Rostselmaş" şirkətini ziyarət edib.
Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir ki, ziyarət zamanı Putini jurnalistlər də müşaiyət edib. Prezidentin media təmsilçiləri ilə söhbətində komik anlar yaşanıb.
Putin "martın 18-i prezident seçilə bilməsəm, böyük ehtimalla kombayn sürücüsü olacam", — deyə şirkət işçiləri və jurnalistlərə zarafatlaşıb.

"Rostselmaş"ın rəhbəri Konstantin Babkin prezidentin zarafatına "bizim üçün problem olmaz" cavabını verib.