Səfirlər Avakova seçki müraciəti ünvanladı: “Radikalların seçkiləri pozmaq...”





"Böyük Yeddilik” (G7) ölkələrin səfirləri Ukraynanın daxili işlər naziri Arsen Avakova məktubla müraciət ediblər. Diplomatlar prezident seçkilərində səsverməni poza biləcək siyasi ekstremist qruplara qarşı tədbirlər görülməsini istəyiblər. "Sherg.az” bildirir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Müraciətə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ və Böyük Britaniyadan olan səfirlər imza atıblar.

Belə bir məktub aldığını Avakovun özü də təsdiqləyib: "Bəli, G7 ölkələrinin səfirləri azad səsvermə prosedurunu təmin etmək və radikalların seçkiləri pozmaq cəhdlərinin qarşısının alınması üçün mənə məktubla müraciət ediblər. Onlar həmçinin Daxili İşlər Nazirliyinin bu məsələ ilə bağlı göstərdiyi səyləri və tədbirləri yüksək qiymətləndirirlər.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Seçki bülletenlərində 39 namizədin adı qeyd olunacaq. Amma əsas rəqabətin şoumen-aktyor Vladimir Zelenski, sabiq baş nazir Yuliya Timoşenko, hazırkı prezident Petro Poroşenko və "Müxalifət Platforması”nın lideri Yuri Boyko arasında gedəcəyi gözlənilir.

Anar