Sensasion açıqlama:"Rusiya Azərbaycanda lejitim olaraq hərbi iştirakına nail olmağa çalışacaq"
13:13 14.02.2018
Arxiv
1060
Sülhəddin Əkbər :"Bunu ya Azərbaycanla razılaşaraq, ya da Ermənistanla Azərbaycanı vuruşmağa təhrik etməklə əldə edə bilər”
"Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən hərbi münaqişə dondurulmuş vəziyyətdə deyil”.
Bunu "Sherg.az”a Milli Təhlükəsizlik Nazirliyinin sabiq birinci müavini, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi özündə hərbi, qaynar fazaya keçmək potensialı daşıyır:
"Həmçinin təmas xəttində beynəlxalq sülhməramlı qüvvələr yoxdur. Hərbi münaqişə təhlükəsi yaranarsa, ortada neytral beynəlxalq güc yoxdur. Xüsusilə, nəzərə almaq lazımdır ki, qonşu regionda müharibələr gedir. Bir tərəfdə, Rusiya, İran, Türkiyə, digər tərəfdə isə Amerika Birləşmiş Ştatları və İsrail münaqişəyə birbaşa daxil olublar. Kürd faktorunu da götürsək, münaqişənin bütün regiona yayılma potensialı var”.
S.Əkbərin fikrincə, Suriya müharibəsinin genişlənib, regiona yayılması, İran məsələsinin gündəmə gəlməsi göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsinin yeni fazaya daxil olmasında da maraqlı tərəflər var:
"Bu tərəflər Rusiya və Amerikadır. Azərbaycan hər iki dövlət üçün strateji baxımdan önəmlidir, çünki Rusiya və İran arasında yerləşir. Ona görə, Rusiya bu il ərzində Azərbaycanda lejitim olaraq hərbi iştirakına nail olmağa çalışacaq. Bunu ya Azərbaycanla razılaşaraq, ya da Ermənistanla Azərbaycanı vuruşmağa təhrik etməklə əldə edə bilər”.
Amerika və onun müttəfiqlərinin Dağlıq Qarabağ münaqişəsində maraqlarına gəlincə, S. Əkbər vurğulayıb ki, onlar münaqişəsinin alovlanmasına çalışacaqlar:
"ABŞ bura müdaxilə etmək imkanı qazanmaq istəyir. Çünki Azərbaycanda yerləşmək, İranla Azərbaycan arasındakı sərhədlərə nəzarət etmək strateji baxımdan mühümdür. Ona görə, qarşıdakı dövrdə, bu ildən münaqişənin yenidən alovlanması riski yüksəlib”.
Qeyd edək ki, ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafındakı gərginliyin 2018-ci ildə genişmiqyaslı hərbi münaqişəyə səbəb olacağını deyib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm