Separatçıları ifşa etməliyik
20:53 05.02.2015
Arxiv
750
“DQR” rəhbərliyi əhalinin hamısının xristian olduğunu gündəmə gətirməklə işğala haqq qazandırmaq niyyətindədir
Tarix boyu saxtakarlıqla məşğul olan ermənilər Dağlıq Qarabağa dair növbəti təxribata əl atıblar. Onlar Qarabağı tamamilə xristianlaşdırıblar. Belə ki, "Christiancountries”.com saytı işğal edilmiş Azərbaycan torpaqlarını ayrıca bir qurum kimi göstərməklə yanaşı, onu ölkələr arasında əhali sayına, xristianlığın yayılmasına görə Vatikandan sonra ikinci yerdə göstərib.
Modern.az məlumat verir ki, siyahıya görə, Qarabağda əhalinin 99,9, Ermənistanda isə 98,7 faizi xristiandır. Araşdırmalara görə, atəşkəsdən sonra ermənilər Qarabağda 30-dan çox kilsəni inşa və bərpa edib.
Məsələni dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı "Şərq”ə açıqlamasında qeyd edib ki, bunu Dağlıq Qarabağdakı qondarma rejim öz işğalına bəraət qazandırmaq məqsədilə gerçəkləşdirib: "Separatçılar çalışır ki, ərazilərimizdə yaratdığı qanunsuz rejimi müxtəlif vasitələrlə tanıtdırsın. Müxtəlif yerlərdə adını hallandırsın. Bu formalardan istifadə edib, qondarma rejimi təbliğ etməyə çalışırlar. Maliyyə dəstəyi almaq niyyətini güdürlər”.
Qurum sədrinin sözlərinə görə, onların ifşa olunmasına dair Azərbaycan tərəfi ciddi addımlar atmalıdır: "Ölkəmiz dövlət və cəmiyyət səviyyəsində mövqeyini bildirməlidir. Baxın, Xarici İşlər Nazirliyi sülh naminə müsabiqə təşkilatının Dağlıq Qarabağda konsert verməsi barədə qabaqlayıcı tədbir gördü. Azərbaycan XİN-i buna çevik reaksiya verdi. Bədnamların əməllərini özlərinə qarşı çevirmək lazımdır. Bir sözlə, yalanlarını ifşa etməliyik ki, verdikləri məlumatlardan dəlil kimi istifadə olunmasın. Bu şəkildə olmalıdır. Çıxış yolu ancaq budur. Çünki ermənini dinc vasitələrlə - dialoqla, xalq diplomatiyası - yola gətirmək mümkün deyil. Bizimlə ancaq güc görəndə razılaşacaqlar. Azərbaycan silahının gücünü görməlidirlər. Dağlıq Qarabağ silah gücü ilə azad olunmalıdır”.
"Modern”.az saytının baş redaktoru Elşad Eyvazlının qənaətincə, problemin aradan götürülməsinin yolu, torpaqlarımızın işğaldan azad edilməsidir: "Əks halda, ermənilər orda hər iş görəcəklər. Azərbaycanın bütün tarixi abidələrini məhv edəcəklər və yaxud başqa formaya salıb öz adlarına çıxaracaqlar. Sovet dövründə Ağdərə zonasında, Xankəndində, Şuşada, Kəlbəcərdə, Laçında ermənilər bizə məxsus abidələri ya məhv edirdilər, ya da həmin abidələri bir az özlərinin üslubuna uyğunlaşdırıb özününküləşdirirdilər. Bunların canlı şahidi olmuşam. O vaxtı bunu müxtəlif adlarla həyata keçirirdilər. Bildirirdilər ki, guya daha yaxşı görünməsi üçün öz üslublarına salırlar. Bir daha bəyan edirəm ki, torpaqlarımız Ermənistanın nəzarətindədirsə, xristianlaşma gedəcək”.
Düşmən ölkənin saxtalaşdırma siyasətinin qarşısının alınmasından söz açan həmsöhbətimiz hesab edir ki, bunun üçün cəmiyyətimizin həmfikir olub, dik durması və total olması lazımdır: "Uşaqdan-böyüyüə hər kəs torpaqlarımızın işğaldan azad olunmasına hazır olmalıdır. Bu hazırlıq sözdə deyil, əməldə də özünü aydın şəkildə büruzə verməlidir. Əməl odur ki, Azərbaycanın jurnalisti Ermənistanın jurnalistindən peşəkar olmalıdır. Deputatımız erməni deputatından təəssübkeş olmalıdır. Azərbaycan müəllimi Ermənistan müəllimindən savadlı olmalıdır. Azərbaycanın naziri Ermənistan nazirindən intellektual, çalışqan və tələbkar olmalıdır. Bu halda məsələlər həll olunacaq. Düzdü, dövlətimiz üzərinə düşən vəzifəni yerinə yetirir. Ən incə məqam isə odur ki, Qarabağ məsələsində Azərbaycan insanı görməli olduğu işləri qarışdırır. Cəmiyyət, dövlət və hökumət görməli olduğu işi yaxşı bilsə, ciddi irəliləyişə nail ola bilərik”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual