Sevgilisini küçənin ortasında tüfənglə öldürdü

Türkiyənin Kütahya bölgəsində 24 yaşlı İbrahim Keskin, mübahisə etdiyi 22 yaşındakı sevgilisi Əzmə Erdoğmuşu pnevmatik tüfənglə atəş açaraq öldürü,. Hadisə, günorta saatlarında bir parkın qarşısında yaşandı. İbrahim ilə sevgilisi Əzmə Erdoğmuş, yanlarında 2 yoldaşıyla birlikdə avtomobillə gedərkən aralarında qısqanclıq mövzusunda mübahisə çıxdı. İbrahim parkın qarşısında avtomobilini saxladı. Erdoğmuşla birlikdə avtomobildən endi.
Hal şahidlərinin ifadəsi və yaxındakı bir işyerinin təhlükəsizlik kamerasındakı görüntülərə görə, İbrahim avtomobilindən enər - enməz sevgilisi Əzmə Erdoğmuşa təpik, yumruqla hücum etdi. Əzmə Erdoğmuş da əlindəki çantasıyla İbrahimin başına vurdu. İbrahim daha sonra avtomobildən pnevmatik tüfəngi götürüb Əzmə Erdoğmuşa doğru əvvəl 2 atəş açdı. Gənc qız yerə yıxılıb qalarkən İbrahim hadisə yerindən bir az uzaqlaşdıqdan sonra dönərək yerdə yatan Erdoğmuşa bir dəfə də atəş açaraq əlində tüfənglə qaçdı. Avtomobildə olan biri qız 2 gənc isə avtomobildən endi. Gənclər yerdə yatan yoldaşları Əzmə Erdoğmuşa müdaxilə etməyə çalışdı. Xəstəxanaya çatdırılan Erdoğmuş həkimlərin bütün səyinə baxmayaraq xilas ola bilmədi. Polislər, hadisə yerindən qaçan İbrahimi qatar stansiyası yaxınlığındakı körpünün altında tutdu. İbrahim polislərə sevgilisiylə qısqanclıq səbəbiylə mübahisə etdiklərini, daha sonra onu tüfənglə atəş açaraq vurduğunu söylədi. Səlahiyyətlilər hadisə ilə əlaqədar istintaqa başlayıb.