Sevgilisinin cəsədinin yanında 3 gün gözlədi

47 gün sonra tapıldı. Sevgilisinin cəsədinin yanında 3 gün gözlədi. Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, Himalay dağlarında sevgilisi ilə birlikdə itkin düşən 21 yaşındakı Tayvanlı həvəskar alpinist, 47 gün sonra 2.600 metr hündürlükdə bir dərədə tapılıb. Yanındakı qız isə onun qədər şanslı deyildi. Tapılandan 3 gün əvvəl dünyasını dəyişmişdi. Sevgilisinin cəsədinin yanında gözləyən gənc alpinistinin həyatda qalmağı müharibə filmlərini xatırladır.
Nepalda paytaxt Katmandunun 70 kilometr şimalındakı Ganeş Himal sıra dağlarını qət etmək üçün yola çıxan 21 yaşındakı Liang Sheng Yueh və 19 yaşlı sevgilisi Liu Chen Chun, qar fırtınasına yaxalanaraq azıblar.
Yollarını tapmaq üçün rast gəldikləri çayı təqib edərək bir kəndə çatmağa çalışan cütlük, çayın yarğana töküldüyü nöqtədən itkin düşüb. İnanılmaz bir şəkildə şəlalənin altındakı oyuqda çarəsiz qalıblar.
Xilas etmə dəstələri, ikilidən xəbər ala bilmədikdə, iki həftə ərzində bölgədə axtarış aparıb, ancaq bir nəticə alınmayıb.
20 apreldə yenidən başlayan axtarış fəaliyyətində komandalar şəlalənin altındakı qırmızı çadırı görüb.
Nəhayət, 47 gün sonra sevgilisinin cansız bədəninin başında 3 gündür gözləyən Liang tapılıb.
Qrup Liangı müalicə üçün vertolyotla Katmandudaki xəstəxanaya gətirib. Gənc adam düz 30 kiloqram zəifləmişdi. Bir ayağı tamamilə sürfələrlə örtülmüşdü. Saçlarının bitlərlə, bədəninin sürfələrlə sarıldığı bildirilən Liang çox asta danışığı ilə diqqət çəkib.
Sevgilisi Liunun nəşi isə vertolyotla paytaxta aparılıb.
Aysel Aslan