Sevindirici xəbər oldu
07:42 16.02.2019
Arxiv
658
Təqaüdlərinin artırılması həm də tələbələrin yaxşı oxumaqda rəqabət aparmasını stimullaşdıracaq
Prezident İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncam imzalayıb. Sərəncama görə ümumilikdə təhsilin müxtəlif pillələrində təhsil alan tələbələrin təqaüdləri minimum 14 faizdən 25 faizədək artırılıb.
Prezident İlham Əliyevin təqaüdlərin artırılması barədə verdiyi sərəncamı müsbət dəyərləndirən ekspertlərə görə, ölkə başçısının bu qərarı tələbələrin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı, təhsildə çox vacib olan istiqamətin - tələbələrin akademik göstəricilərinin yüksəldilməsi üçün atılan addımdır.
Sərəncamın mühüm əhəmiyyətə malik olduğunu vurğulayan iqtisadçı Fuad İbrahimovun sözlərinə görə, Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında Azərbaycan Prezidentinin imzaladığı sərəncam alqışalayiqdir:
"Düzdür, indiki halda ölkəmizdə minimum əməkhaqqı, tələbə təqaüdləri müasir dövrün tələblərinə tam uyğunlaşmır. Hələ də xərclər gəliri üstələyir. Amma ki, mimimum gəlirlərin standartlara uyğunlaşdırılması üçün ölkə rəhbərliyi tərəfindən lazımi addımlar atılır. Necə ki, bir sərəncamla əhalinin minimum əməkhaqları 35,5 faiz artırıldı. Tələbə təqaüdlərinin artırılması ilə imzalanan sərəncam da öz növbəsində olduqca müsbət bir hadisədir. Bu, tələbələri daha yaxşı oxumağa stimullaşdıran bir addımdır”.
İqtisadçı Elçin Bayramlı da Prezident İlham Əliyevin təqaüdlərin artırılması barədə verdiyi sərəncamın təqdirəlayiq addım və sevindirici xəbər olduğunu deyib:
"Tələbələrin sosial qayğıları azalacaq və onların təhsilə ayıracaq enerjiləri və vaxtları artacaq. Eyni zamanda elmi işlə məşğul olanlar üçün də maddi imkan yaxşılaşacaq. Peşə təhsili məktəblərinin tələbələrinin də təqaüdlərinin artması xeyli müsbət təsir göstərəcək. Məlum olduğu kimi, bu məktəblərdə daha çox əhalinin imkansız təbəqələrinin övladları təhsil alır, sənət öyrənir. Ümumilikdə, təqaüdlər 50-300 manat arasındadır ki, bu məbləğlər tələbələr üçün heç də az vəsait deyil.
Təqaüdlərin artırılması həm də tələbələrin yaxşı oxumaqda rəqabət aparmasını stimullaşdıracaq, çünki daha yaxşı oxuyan daha çox təqaüd alacaq və ailəsinə yük olmayacaq.
Aztəminatlı ailələrin tələbə oxutması çox çətinlik törədirdi. İndi valideynlərin bu yükü bir qədər də azalacaq. Bütün bunları nəzərə aldıqda demək olar ki, bu sərəncam həm sosial müdafiə əhəmiyyətlidir, həm də təhsilə marağın stimullaşdırılması üçün çox mühümdür. Dövlət başçısının digər sahələrdə apardığı sosial istiqamətli işlərin üzərinə bunu da əlavə etdikdə ümumi mənzərə aydın olur. Dövlət əhalinin sosial rifahını yüksəltmək, elmi inkişafı təmin etmək, insan kapitalına investisiya etməklə parlaq gələcəyin formalaşdırılmasını təmin etmək əzmindədir. Bu istiqamətdə təbdirlərin davam etdiriləcəyinə heç bir şübhə yoxdur”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm