Siçanlar məbədi: İnsanlar onlarla birlikdə eyni qabdan yemək yeyir

Hindistanın Bikaner şəhəri dünyada tayı-bərabəri olmayan xüsusiyyətə sahibdir.
Çünki Bikaner, siçanlara tapınan insanların yaşadığı şəhərdir. Şəhərdəki Karni Mata məbədində təxminən 20 min siçan yaşayır.
Məbədi gəzərək maraqlı görüntşləri tutan Mersinli səyyah Ümid Çor, hər gün minlərlə insanın məbədə gələrək siçanlara əlləriylə yemək yedizdirdilklərinə və hətta onlarla birlikdə eyni qabdan yemək yemələrinə şahid olub.
Dünyada milyonlarla insan, minlərlə fərqli inanc sistemi içində həyatlarını davam edir. Bu inanclar içində ən maraqlı olanlardan biri Hindistandadır. Hindistanın Bikaner şəhərində bir qrup hindi siçanlara tapınır.
Uşaqlıq xəyalını reallaşdırmaq üçün dünya turuna çıxan Mersinli səyyah Ümid Çor, gəzinti planları arasına saldığı 20 min siçanın yaşadığı Karni Mata məbədini göstərdi.
 Turan