Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... – EHTİYATLI OLUN
07:51 06.02.2018
Arxiv
1092
İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? Ailem.az türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir.
Soyuq və küləkli havada risk artır
Həkim bildirir ki, infarkt kişilərdə əsasən 45 yaşdan, qadınlarda isə 55 yaşdan sonra rast gəlinir: "Kişilər qadınlara nisbətən daha çox risk altındadır. Bununla yanaşı diabet, siqaret, yüksək təzyiq, yüksək xolesterol, hərəkətsiz həyat tərzi, stress və qeyri-sağlam qidalanma nəticəsində yaranan köklük infarkta səbəb olan amillər arasında göstərilir”.
Kardioloqun sözlərinə görə, havaların soyumasının ürəyə mənfi təsirləri var. Belə ki, soyuq və küləkli hava ürək damarları üzərində büzüşdürücü təsir yaradaraq, təzyiqi yüksəldib ürək sürətini artırır. Bu isə həssas şəxslərdə ürəktutmaya səbəb olur. Buna görə xüsusilə ürək xəstələrinin soyuq havalarda həyat tərzlərinə xüsusi diqqət etmələrinin böyük əhəmiyyəti var.
Sinə ağrısına diqqət
R. Erdim infarktın ən önəmli və çox rastlanan əlamətinin sinə ağrısı olduğunu qeyd edib: "Ağrı adətən sinənin orta hissəsində ağırlıq və basqıya bənzər şiddətli bir ağrı şəklində özünü göstərir. Adətən 20 dəqiqədən uzun sürür və gedib-gələn bir ağrı olaraq hiss edilə bilir. Bu ağrı qollara, belə, boyuna, çənəyə və mədə üzərinə doğru yayılır. Həmçinin sinə ağrısı ilə bərabər nəfəs darlığı, halsızlıq və bayğınlıq hissi yarana bilir. Şiddətli sinə ağrısı ilə birlikdə soyuq tərləmə, bulantı və qusma kimi şikayətlərin olması mütləq ciddiyə alınmalıdır. Bu vəziyyətdə təcili olaraq xəstəxanaya getmək lazımdır”.
İlk 2 saat çox əhəmiyyətlidir
Həkim deyir ki, infarktdan ölümlər adətən xəstənin həkimə gec müraciət etməsindən baş verir: "Ürək ağrısı keçirən xəstələrin təxminən yüzdə 30-u xəstəxanaya çatmadan həyatını itirir. Buna görə xüsusilə risk altındakı şəxslər bu əlamətlər başladıqdan sonra vaxt itirmədən ən yaxın xəstəxanaya müraciət etməlidirlər. Bu, həyati önəm daşıyır. Əgər tibbi müdaxilə sinə ağrısı başlandığı ilk 2 saat ərzində doğru şəkildə edilərsə, ürəkdə yaranan zədə daha az olar. 6-12 saatdan sonra müalicə edilən xəstələrdə isə ürək toxumasındakı zədə daha böyük olur və bunun nəticəsində ürək çatmazlığı yarana bilir. Hətta xəstənin həyatını itirməsinə səbəb olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou