Siqaret çəkənlərin nəzərinə: Sərt cəzalar gəlir
10:02 21.10.2014
Arxiv
1676
Hətta evdə uşağının yanında siqaret çəkənlər də cəzalandırılacaq
Azərbaycanda evdə uşaqların yanında və bloklarda siqaret çəkən şəxslərin cərimələnməsi təklif edilir.
Lent.az-ın məlumatına görə, bu təkliflə çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, siqaret kötüklərinin yerə atılmasına da qadağa qoyulmalı və belə şəxslər cərimə olunmalıdır.
Millət vəkili deyib ki, ölkədə "tütünsüz mühit” yaradılmalıdır: "Yaşlı adamların siqareti tərgitməsi o qədər də aktual deyil. Əsas odur ki, uşaqlar və yeniyetmələr siqaretlə təmasda olmasınlar, televizorda siqareti, onun tüstüsünü, küçəyə çıxanda, kinoteatra, istirahət yerlərinə, məktəbə gedəndə orada siqaret çəkilməsini görməsinlər”.
Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda siqaretçəkmə ilə bağlı vəziyyət dəhşətli deyil, lakin ölkədə siqaretin çəkilməsinə qarşı mübarizə aparılmalıdır. Əks halda ölkədə siqaret çəkənlərin sayı artacaq.
Komitə üzvü qeyd edib ki, "Tütün və tütün məmulatı haqqında" qanuna görə, 18 yaşına çatmayanlara siqaretin satılması, o cümlədən siqaretin və siqarların ədədlə satılmasına qadağa qoyulub. Məktəblərə və uşaq müəssisələrinə 150 metrdən yaxında yerləşən obyektlərdə də siqaretin satılması ilə bağlı qadağa olsa da, bu qadağaların heç biri, demək olar, tətbiq edilmir, faktiki işləmir.
M.Quliyev hesab edir ki, 2001-ci ildə qəbul olunmuş "Tütün və tütün məmulatı haqqında" qanun olsa da, siqaretin çəkilməsinin məhdudlaşdırılması haqqında ayrıca qanunun qəbul olunması lazımdır.
Qeyd edək ki, hazırda Azərbaycanda tütünçəkmə əsasən kişilər arasında böyük problem hesab edilir. Ölkədəki kişilərin təxminən 50 faizi gündəlik olaraq siqaret və digər tütün məmulatlarından istifadə edir. Bu qrupa daxil olan kişilərin 40 faizi gün ərzində ən azı 1-2 qutu siqaret çəkir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm