ŞOK:"Daha bir neçə bank ləğv olunacaq" - Bədbin proqnoz

Əkrəm Hüseynov:"Böyük ehtimalla yaxın dövrdə həmin bankların bağlandığını görəcəyik. Amma onların adını çəkib, panika yaratmaq istəmirəm”

"Daha bir neçə bankın lisenziyası ləğv olunacaq”.

Bu barədə "Sherg.az”a bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bildirib. 

O qeyd edib ki, "Dəmirbank”ın lisenziyasının ləğvindən sonra daha bir neçə bankı eyni aqibət gözləyir:

"Təhlükə bir neçə bankın üzərindədir. Böyük ehtimalla yaxın dövrdə həmin bankların bağlandığını görəcəyik. Amma onların adını çəkib, panika yaratmaq istəmirəm”.

Xatırladaq ki, dekabrın 22-də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası "DəmirBank”ın lisenziyasının ləğvi ilə bağlı qərar verib. Qərara əsasən "DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilir.

Aysel Aslan