Son dəqiqə: Türkiyədən İrandakı nümayişlər dalğasına ilk reaksiya gəldi

Türkiyə İranda altıncı gündür davam edən etiraz nümayişləriylə əlaqədar rəsmi açıqlama yayıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin internet saytında yer alan məlumatda belə deyilir:
"İranda 28 dekabr tarixində başlayan nümayişlərin yayılaraq davam etdiyi və hadisələrdə ölənlərin olduğu, ayrıca ətrafdakı binaların zərər gördüyü haqda xəbərlərdən narahatıq.
Türkiyə, dost və qardaş İranda ictimai hüzur, dinclik və sabitliyinin qorunmasına böyük önəm verir. Bu məzmunda, dövlət başçısı Ruhaninin xalqın barışçıl mövqe nümayiş etdirməyə haqqı olduğu, ancaq qanunların tapdalanmaması və dövlət malına zərər verilməməsi lazım olduğu yolundakı şərhi diqqətə alınaraq, şiddətdən qaçılması və təxribatlara yol verilməməsinə inanırıq.
Bir an əvvəl ölkədə sükunətin təmin edilməsini və sağlam fikirə söykənərək hadisələrin gərginləşməsinin önünə keçilməsini, proseslərdə təhrikedici ifadə və xarici müdaxilələrdən qaçınılmasını xahiş edirik."