Sosial şəbəkələrin bazalarını Azərbaycana gətirmək çətin deyil
10:23 15.02.2019
Arxiv
661
Sadəcə, bu sistemi yaratmaq üçün müəyyən infrastruktur qurulmalıdır
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Facebook”, "YouTube” və digər beynəlxalq sosial şəbəkələrin bazalarının ölkəmizə gətirilməsi ilə bağlı təklif səsləndirib. Ekspert sosial şəbəkələrdə təhqirlərin, xoşagəlməz halların qarşısını almaq üçün bazaların Azərbaycana gətirilməsinin zəruri olduğunu bildirib.
O qeyd edib ki, sosial şəbəkələrdə söyüş yazanlar fikirləşirlər ki, onların hesabları xaricdədir və istədiklərini yaza, qanunazidd hərəkətlər edə bilərlər: "Ancaq sosial şəbəkələrin bazaları Azərbaycanda olsa, biz onlarla daha yaxından əməkdaşlıq edə bilərik, sosial şəbəkələrdə söyüş söyənlərə, başqalarını təhqir edənlərə qarşı daha asan mübarizə apara bilərik. Türkiyə də bu metoddan istifadə etdi və bu gün orada bu problem xeyli azalıb”.
Mövzu ilə bağlı "Şərq”ə açıqlama verən ekspert bildirib ki, sosial şəbəkələrin bazalarının Azərbaycana gətirilməsi kommersiya baxımından da ölkəmiz üçün faydalı ola bilər:
"Azərbaycanda bu sistemi yaratmaq üçün müəyyən infrastruktur qurulmalıdır. Yəni ölkəmiz qlobal dünyanın digital, rəqəmsal mərkəzinə çevrilməlidir, əks halda bazaları Azərbaycana gətirmək mümkün deyil. Necə ki, Azərbaycan nəqliyyat dəhlizlərinin kəsişdiyi bir məkandır, həmçinin gətiriləcək bazalar da dünya üzrə magistral kommunikasiya xətlərinin keçdiyi bir mərkəzə çevrilməlidir. Məsələn, bizdən Gürcüstana, Asiya və Rusiya tərəfə ötürülə bilər. Beləliklə, bu sistem regional mərkəzə çevrilsə və bizim böyük data mərkəzlərimiz qurulsa, əlbəttə, feysbuk, yutub kimi nəhəng qlobal resurslar bazalarının ölkəmizdə olmasına maraq göstərəcəklər”.
O.Gündüz bildirib ki, sözügedən bazalar ölkəmizdə yaradılsa, dövlətimizin bu məsələdə qazanacağı çox şeylər var:
"Sistemi quracağımız halda biznes maraqlarımızı həll edə bilərik. Azərbaycandan bu resurslara xeyli reklam pulları ödənilir və ölkəmiz bu pullardan xeyir görmür. Amma bazaları bura gətirsək, ofislərini ölkəmizdə açsalar, onlar artıq vergi ödəyicisi, hüquqi şəxs kimi çalışacaqlar. Necə ki "Microsoft"un, "Renova"nın ölkəmizdə ofisi var. Onlar artıq bizə töhfə verirlər. Bazaların ölkəmizdə olması Azərbaycan hökumətinin onlarla əməkdaşlığının daha da güclənməsinə, terrorçuluğa, kiber cinayətkarlığa qarşı mübarizəyə kömək olacaq. Bu, olduqca müsbət bir məqamdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi