“Sülh üçün açar onların əlindədir”
20:20 18.02.2015
Arxiv
458
Uorlik: “Biz prezidentlər arasında görüşlərin bərpası məsələsini qaldırmışıq”
"Gərginliyin artdığı bir vaxtda girovların qaytarılması kimi humanitar təşəbbüs danışıqlar üçün daha əlverişli atmosferin yaranmasına səbəb ola bilər”.
APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Xankəndidə verdiyi müsahibədə deyib.
O xatırladıb ki, əvvəllər tərəflər girovların qaytarılması üçün yollar tapa bilirdilər. Diplomat həmçinin bildirib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində bütün tərəflərin maraqları nəzərə alınmalıdır: "Tərəflər üçün ilk addım bu cür danışıqlara hazır olduqlarını bildirmələridir”.
Həmsədrlər arasında fikir ayrılıqlarının olması və ATƏT-in Minsk qrupu formatının dəyişdirilməsi ilə bağlı fikirlərə gəldikdə isə C. Uorlik vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq şərtləri ilə bağlı həmfikir olduqlarını bildirib: "Minsk qrupu tərəflərin qəbul etdiyi yeganə vasitəçilik formatıdır. Biz tərəflərin işimizi faydalı hesab etdikləri müddətdə sülhün bərqərar olunması istiqamətində fəaliyyətimiz davam etdirəcəyik”.
Diplomat həmçinin qeyd edib ki, vasitəçilər tərəflərə təkliflər irəli sürüblər. Onun sözlərinə görə, bu təkliflər onların regiona səfəri çərçivəsində müzakirə olunub: "İlk növbədə təmas xəttində gərginliyin artmasını müzakirə etdik. Gərginliyin artması fonunda diplomatik arenada irəliləyişə nail olmaq mümkün deyil. Biz həmçinin prezidentlər arasında görüşlərin bərpası məsələsini qaldırmışıq. Sülh üçün açar onların əlindədir”.
Xatırladaq ki, ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfərləri çərçivəsində Dağlıq Qarabağa səfər ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm