Sürücülərin nəzərinə: "Yol Hərəkəti Haqqında" Qanunda dəyişiklik edildi
12:58 24.02.2015
Arxiv
1450
Prezident İlham Əliyev Milli Məclisinin qanunda etdiyi dəyişikliləri təsdiqləyib
Prezident İlham Əliyev Milli Məclisinin "Yol Hərəkəti Haqqında" Qanuna etdiyi dəyişiklikləri təsdiqləyib. Lent.az-ın məlumatına görə, dəyişikliklər aşağıdakılardan ibarətdir:
1. 84-cü maddə üzrə:
1.1. 3-cü bənddən ", eləcə də inzibati cərimənin ödənilməsi üçün cərimə bildiriş blanklarını” sözləri çıxarılsın;
1.2. 6-1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"6-1) inzibati tənbeh tətbiq etmə haqqında qərarı və ya inzibati xəta haqqında protokolu operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib edərək dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirmək;”;
1.3. aşağıdakı məzmunda 6-2-ci bənd əlavə edilsin:
"6-2) inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə vermək;”.
2. 85-ci maddə üzrə:
2.1. 2-ci bəndin ikinci abzasından "və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda” sözləri çıxarılsın;
2.2. 5-ci bənd ləğv edilsin;
2.3. 10-cu bənd aşağıdakı redaksiyada verilsin:
"10) Bu Qanunun 52-ci maddəsinin IV və ya VI hissələrində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında deyilsə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edir və nəqliyyat vasitəsini mühafizə edilən duracağa göndərir. Belə sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.6-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edir və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyur.”;
2.4. aşağıdakı məzmunda 13-cü bənd əlavə edilsin:
"13) Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.”.
3. 85-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 85-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati
xətalar haqqında işlər üzrə icraat
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm