Sürücülərin özbaşınalığı artır
19:32 22.10.2014
Arxiv
590
Sərnişinlər avtobuslardakı qiymət artımından narazıdır
Avtobuslarda süni qiymət artımı intensiv hal alıb. Paytaxtda fəaliyyət göstərən bir çox sərnişin avtobuslarında özbaşına qiymət artımı müşahidə olunur. Avtobus sürücüləri süni qiymət artımına yol verirlər. Sərnişinlərin etirazına baxmayaraq, sürücülər öz bildiklərini edirlər. Elə avtobus var ki, avtobusun divarına yazıb yapışdırır ki, gediş haqqı 40 qəpikdir.
Məsafədən asılı olmayaraq sərnişinlərdən 40 qəpik tələb edirlər. Deyəndə ki, mən 40 qəpiklik yol qət etməmişəm, sürücü dərhal aqressiv şəkildə bildirir ki, biz məsafədən asılı olmayaraq 40 qəpiyə aparırıq. Bu isə təbii ki, ədalətsizlikdir və Tarif Şurasının müəyyən etdiyi qiymətlərə uyğun deyil.
Qeyd edək ki, oxucuların şikayətinə görə, Bakının 214, 215, 189, 191,160, 106, 113 saylı marşrut avtobuslarında sərnişinlərdən 20 və 25 qəpik əvəzinə 30 qəpik alırlar. Sərnişinlər buna etiraz edəndə isə sürücülərin əksəriyyəti "bizlik deyil” - deyə gediş haqqının artırılması ilə bağlı marşrut sahibləri tərəfindən tapşırıq aldıqlarını bildirirlər. Avtobus sahibkarları Tarif Şurasının müəyyən etdiyi qiymətlərə məhəl qoymadan şəhərdə meydan sulayır. Aidiyyəti qurum isə heç vaxt problemə adekvat reaksiya vermədiyi üçün onlar da heç kimdən qorxmadan, çəkinmədən öz istəklərinə uyğun qiymət tətbiq etməkdən çəkinmirlər. Avtobus sahibkarları sərnişinləri düşünmədən belə bir qərar verirlər. Sərnişinlər isə süni qiymət artımı ilə bağlı narazılıqlarını bildirmələrinə baxmayaraq, məsələ həllini tapmır. Şəhər ətrafında yaşayan elə sərnişin var ki, gün ərzində 3 marşrutdan istifadə edir. Belə olan halda sərnişinlərin hər gün avtobuslara verdiyi pulun təxminən nə qədər olduğunu müəyyən etmək elə də çətin deyil.
Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, sürücülərin süni qiymət artımının qarşısını almaq üçün aidiyyəti qurum nəzarətini artırmalı, sərnişinlər isə öz haqlarını tələb etməlidirlər: "Qiymət artımı ilə bağlı konkret sərnişinlər tərəfindən aidiyyəti qurumlara şikayət edilməli və araşdırılaraq problem aradan qaldırılmalıdır. İnzibati xətalar məcəlləsində süni qiymət artımları ilə bağlı 40-50 manat cərimə nəzərdə tutulub. Bu cür qanun pozuntusuna yol verən sürücülər isə təbii ki, cəzalandırılmalıdır. Ən vacibi isə sərnişinlər ayıq və fəal olmalıdır. Hər bir sərnişin istifadə etdiyi avtobusun qiymətləri ilə bağlı məlumatlı olmalı və artıq pul tələb edən sürücülərə Tarif Şurasının müəyyən etdiyi qiymətləri xatırlatmalıdır. Artıq pul çıxan sürücülərdən isə şikayət etsinlər. Süni qiymət artımına yol verən 1-2 sürücü məsuliyyətə cəlb olunaraq cərimələnsə, digərləri də bundan nəticə çıxarar. Bizdə cəzasızlıq rejimi olduğu üçün sürücülər də marşrutdan öz dədə malları kimi istifadə edirlər”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm